AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu" Tələbə qızların nəzərlərinə! RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 21-12-2020, 22:46

    "Masallı Təhsil Fondu" Tələbə qızların nəzərlərinə! RƏSMİ AÇIQLAMA

    Tələbə qızların nəzərlərinə!

    22 dekabr 2020-ci il.

    Hörmətli tələbə qızlar, əziz qrup üzvüləri!

    "Masallı Təhsil Fondu" 70 saylı seçki dairəsinə daxil olan Rayonun ümumtəhsil məktəblərini 2019-2020ci tədris ilində bitirmiş Ali məktəblərə daxil olan məzunlara bildirir ki, Koronavirusla əlaqədar dərslər "Onlayn" üsulu ilə keçirilmişdir.

    Ali məktəblərdə dərs məşğələləri dekabr ayının 24də başa çatır. Birinci yarımil üçün "Onlayn" üsulu ilə keçirilən dərslərdə imtahanlar yanvar ayının 24də qurtarır.

    "Masallı Təhsil Fondu" nun Nizamnaməsinə və sizinlə bağlanmış müqaviləyə əsasən hər bir tələbə imtahanların nəticələri barədə oxuduqları Ali məktəblərdən Fonda arayış təqdim etməlidirlər.

    Uğurlu nəticə əldə etmiş tələbələrə fevral ayından Fond tərəfindən ödənişlər və təqaüdlərin verilməsi başlanacaqdır.

    İmtahanlardan müsbət nəticə əldə etməyən tələbələrə göstərilən imtiyazlar dayandırılacaqdır. Bütün tələbələrə imtahanlarda uğurlar diləyirik.
    Qrup üzvülərindən xahiş edirəm tələbələrlə əlaqə saxlasınlar. "Masallı Təhsil Fondu" nun Direktoru Hüseyn Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR