AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son dəqiqə! Işğaldan azad olunmuş ərazilərlə bağlı mühüm qərar qəbul edildi

  • + A
  • - A
  • 22-12-2020, 09:45

    Qarşıdakı 4 il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə ayrılacaq vəsaitin həcmi məlum olub. APA-nın məlumatına görə, 2021-ci il üçün büdcə zərfində 2021-2024-cü illər üçün dövlət investisiya proqramının əsas istiqamətlərinə dair layihəyə əsasən, 2022-ci ildən başlayaraq hər il əsaslı vəsait qoyuluşu hesabına işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə 1,5 milyard manat vəsait ayılacaq. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən isə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Qeyd edək ki, büdcə zərfi Milli Məclisin dekabrın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
    


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR