“Apardığımız monitorinqlər nəticəsində bəlli olub ki, polietilen torbaların istehsalı zamanı tələblərə riayət edilmir”.
Bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev bildirib.
Onun sözlərinə görə, bir çox istehsalçılar icazəsi olmadan polietilen torbalar istehsal edib satırlar:
“Burada ilk tələb istehsalçıların üzərindədir. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır”.
“Məhsulun düzgün markalanması istiqamətdə istehsalçılarla iş aparılır”, - deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.