Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü zamanı Rusiya və Azərbaycan arasında əlaqələrin, ilk növbədə iqtisadi münasibətlərin çox uğurla inkişaf etdiyini vurğulayıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Bizim bir çox sahələr üzrə birgə iş birliyimiz var və iqtisadiyyat sahəsində üst-üstə düşən bir çox maraqlarımız mövcuddur”, - deyə V.Putin qeyd edib.
Rusiya prezidenti Cənubi Qafqazdakı vəziyyətin həlli ilə bağlı addımların ikitərəfli münasibətlərə də fayda gətirəcəyinə ümid etdiyini söyləyib.
“Mən bu tənzimlənmənin münasibətlərimizi nəinki iqtisadiyyat, həm də humanitar sahədə daha da sistematik bir şəkildə qurmağımıza imkan verəcəyini nəzərdə tuturam”, - deyə Rusiya lideri vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.