AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisasartırmasına diqqət ayrılacaq

  • + A
  • - A
  • 14-01-2021, 10:39


    Yeni yaranmış Agentliyin icraçı rəhbəri ilk açıqlamasını verdi - Jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var

    Prezidentin sərəncamı ilə yeni yaranmış Medianın İnkişafı Agentliyi media cameəsi üçün gözlənilən qərar olsa da, agentliyin fəaliyyəti ətrafında müxtəlif suallar yaranır, hər kəs yeni yaranmış agentliyin əvvəlki qurumdan hansı funksiyalarla fərqlənəcəyinin marağındadır. Media əhlini maraqlandıran suallar özünü çox gözlətmədi, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Real TV-ə açıqlamasında demək olar ki, bütün açıq qalan suallara aydınlıq gətirdi.

    “Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək, - deyən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var.

    Ə.İsmayılov bunu əsaslandıraraq qeyd edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlyan, çap audioviziual media subyektləri üzrə əhatə edəcək.

    Jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisasartırmasına diqqət ayrılacağını vurğulayan agentlik sədri qeyd edib ki, jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırda jurnalitikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunmasıdır. Bunun üçün həm ölkənin mövcud kadr və infrasturktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur.

    Yeni yaranan agentliyin əsas istiqamətinə gəldikdə, Əhməd İsmayılov bildirib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi agentliyin əsas istiqamətlərindən biridir. Hazırda Medianın İnkişafı Agentliyi tərəfindən fəaliyyət planı hazırlanır. Həmin fəaliyyət planı çərçivəsində media subyektlərinin biznes modelinə keçidinə dəstək göstərilməsi istiqamətlərini araşdırmağa çalışacağıq.

    İcraçı direktorun sözlərinə görə, bu dəstək media subyektlərinin özləri tərəfindən yeni biznes modelə keçidlə bağlı təklifləri əsasında olan layihələr şəklində də ola bilər. Yaxud bu, Agentlik tərəfindən həmin media subyektlərinin biznes modelinin tətbiqinə dövlətin dəstəyi formasının müəyyən edilməsində özünü göstərə bilər:

    ”Biz hazırda bu fəaliyyətin həyata keçirilməsi istiqaməti üzrə araşdırma aparırıq. Bu istiqamətdə geniş müzakirələrin aparılması gözlənilir. Bu müzakirələr nəticəsində media subyektlərinin biznes modelinin formalaşdırılması yollarını müəyyən etməyə çalşacağıq”.

    Media mənsubu olaraq inanırıq ki, yeni yaranan Agentlik medianın bütün problemlərinin, mediada yaranmış neqativ halların həllinə, bürokratiyanın ləğvinə öz töhfəsini vermiş olacaq. Bütün dünyanın informasiya müharibəsinə önəm verdiyi bir zamanda yaranmış Media Agentliyi həm dövlətimiz üçün xeyirli-uğurlu olacaq, həm də nüfuzdan düşmüş Medianı təsadüf adamlardan təmizləyəcək, əvvəlki 4-cü hakimiyyət nüfuzunu özünə qaytaracaq. Bir sözlə, yeni yaranmış Medianın İnkişafı Agentliyindən və icraçı direktor Əhməd müəllimdən gözləntilərimiz çoxdur. İnşallah, bütün gözləntilər özünü doğruldacaq. Biz birlikdə güclüyük!

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR