AzadMedia.az xəbər verir ki, Xəzər dənizində zəlzələ olub.
Belə ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Maqnitudası 4,5 olan yeraltı təkanın dərinliyi 60 km olub.
Qeyd edək ki, zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.