AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - Azərbaycandakı diplomatik korpusun nümayəndələri erməni vandalizminin canlı şahidi oldu

  • + A
  • - A
  • 8-02-2021, 08:15

    Politoloq Ülkər Piriyeva -

    "Azərbaycandakı diplomatik korpusun nümayəndələri erməni vandalizminin canlı şahidi oldu"



    Azərbaycanın istər siyasi və istərsə də savaş meydanında qazandığı qələbə ərəfəsində ərazini tərk edən ermənilər şəhər və rayonlarımızda olan mülki obyektləri yandırır, ətraf mühitə və mülki obyektlərə ziyan vurur, ekoloji terror törədirdilər. Bununla bərabər, son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilirdi. Ağdamda Tiqranakert adlandırdıqları ərazidə də qanunsuz arxeoloji qazıntılar aparırdılar. Belə ki, qazıntılarda əldə edilənlərin Ermənistana aparılması cəhdləri də vardı. Bütün bunlar əlbəttə ki, beynəlxalq qanunların pozulması idi.

    Bu dünyaya sir deyildir ki, məhz, ölkəmizin işğal olunmuş ərazilərində maddi-mədəni irsi talan edən Ermənistan olub. Eləcə də bütün dünya Azərbaycanın 44 günlük Zəfər tarixi ərəfəsində işğal olunmuş ərazilərimizdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərimizə vurulan zərərləri gördü, vahşi ermənilər məscidlərimizdə donuz belə saxlayırdılar. Hətta Ermənistanın ərazilərimizdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqda idi.

    Bununla belə, bütün dünyanın gözü qarşısında dəfələrlə imzalanan humanitar atəşkəs rejiminə Azərbaycan hər bir şəkildə əməl etdi, Ermənistan isə mülki əhalimizə qarşı vandalizm aktı törətməkdə idi. Bunlardan ölkəmizdə əhalinin sıx yaşadığı ərazilərimizə raket hücumunun həyata keçirilməsinin çoxlu sayda insanın qətlə yetirilməsi məqsədini daşıdığını da qeyd edə bilərik, bununla qalmır Ermənistan həmçinin smerç, skard raketlərindən də Azərbaycan şəhərlərini durmadan atəşə tuturdu. Gəncə, Bərdə şəhərlərimizlə bərabər, sənaye şəhərimiz olan Mingəçevir şəhəri də Ermənistan tərəfindən dəfələrlə raket atəşinə məruz qalmışdı.

    Onların bu əməlləri və vandalizm aktları dəfələrlə və eləcə də, birbaşa Moskvada əldə olunmuş humanitar atəşkəs razılaşmasına zid addımlar idi. 44 günlük Vətən müharibəmiz zamanı, Azərbaycan dövləti humanitar atəşkəs rejiminin bütün qaydalarına tam şəkildə əməl edirdi, qarşılığında isə, Ermənistan öz həqiqi kimliyini bir daha göstərirdi, mülki əhalimizə qarşı saysız vandalizm aktları törətməkdə davam edirdi. Hətta bəzi beynəlxalq təşkilatlar onlara siyasi təzyiq göstərmək yerinə bütün bu olanları görməzdən gəlirdilər.

    Bununlada bitmirdi, Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə bəzi ölkələrdən yeni silahlar gətirirərək beynəlxalq mülki aviasiya qaydalara tamamilə zid olan addımlar atırdı.
    Əslində Azərbaycan dövləti danışıqların ATƏT-in Minsk qrupu çərçivəsində həllinə sadiqlik nümayiş etdirdi. Lakin təəssüflər olsun ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Hətta, o zaman Ermənistan özü də etiraf edirdi ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədə nail olmaq istəyirdi. Beləki, işğalçı ölkə, həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi, həm də təmas xəttindən kilometrlərlə uzaqlıqda yerləşən yaşayış məntəqələrimizi atəşə tuturdu. Lakin, biz, tamamilə Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırdıq, mülki əhali bizim hədəfimiz deyildi və bu heç vaxt olmadı da.

    Müzəffər Ordumuz Ali Baş Komandanımızın öndərliyində Ermənistan mülki əhalisinə qarşı heç vaxt heç bir müharibə aparmadı, döyüş və siyasət meydanında qəhrəmanlıqla döyüşərək mərdlik, rəşadət nümayiş etdirdilər və biz qalib gəldik. Biz Zəfər qazandıq – Şanlı Qarabağ Zəfəri..


    Zəfər qazandığımız tarixdən bu yana onlarla beynəlxalq təşkilatlar, işğaldan azad olunmuş ərazilərimizə səfər elədi. Onların hamısı ətraflı araşdırmalardan sonra Ermənistanın barbar əməllərinin nəticələrini bir daha canlı şəkildə gördülər.

    Elə bu yaxınlarda da, Azərbaycandakı diplomatik korpusun nümayəndələri erməni işğalından azad edilmiş bölgələrimizə səfər reallaşdırdılar.
    Beləliklə, xarici ölkələrin səfirləri, hərbi attaşələr və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri Ermənistan işğalından azad edilmiş Qarabağımıza - Cəbrayıl və Zəngilan rayonlarımıza səfər edərək orada ermənilərin törətdikləri barbar əməllərin nəticələri ilə bir daha yaxından tanış oldular.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə reallaşan səfər çərçivəsində, səfirlər işğal dövründə Cəbrayıl və Zəngilan rayonlarında ermənilər tərəfindən törədilən dağıntıları, daş qalıqlarına çevrilmiş şəhər və kəndlərimizi, məhv edilmiş tarixi abidələrimizi və qəbiristanlıqları gördülər. Səfər zamanı Türkiyəni Bakıdakı Türkiyə Cumhuriyəti səfiri Erkan Özoral təmsil edirdi. Beləliklə, səfirlər Cəbrayılda, İran sərhədindəki Araz çayı üzərində olan tarixi Xudafərin körpüsünü də ziyarət edərək, ətrafdakı dağılmış evləri də araşdırdılar.
    Politoloq Ülkər Piriyeva - Azərbaycandakı diplomatik korpusun nümayəndələri erməni vandalizminin canlı şahidi oldu
    Səfər zamanı Təbrizdə azərbaycanlı aiələsində anadan olmuş, Azərbaycan əsilli fransız fotojurnalist, eyni zamanda fotoları National Geographic, GEO, Time Photo və digər nəşrlərin üz qabıqlarında olan, rus fotojurnalisti Maksimişinin fikrinə görə, müasir zamanın ən yaxşı reportaj fotoqraflarından biri Rza Deqati də səfərdə oldu.
    Qeyd edim ki, o həm də 2014-cü ildə Azərbaycana həsr etmiş olduğu Alovun zərifliyi və Qara Yanvar, Dağlıq Qarabaq və Xocalı soyqırımı hadisələrinə aid Körpələrin döyülməsi kitablarının müəllifi müəllididir. Tanınmış fotojurnalist, Cəbrayılda işğaldan əvvəl çəkdiyi fotoşəkillər barədə, o fotoşəkillərdə yer alan sonradan ermənilər tərəfindən xarabalığa çevrilmiş tikililərimizin qarşısında öncə və hazırda, gördüyü gerçəkləri müqayisəli şəkildə ürək ağrısıyla anladıb.

    Bununla bərabər, Cəbrayıl şəhərinin mərkəzindəki xarabalığa çevrilmiş kinoteatrın qarşısında skripka konsertinə qatılan səfirlər eyni zamanda, şəhər qəbiristanlığını da ziyarət edərək oradakı vəhşiliklərin nəticələrini də gözləri ilə görüblər.

    Diplomatik heyət Zəngilanda da müşahidələr aparıb. Liviyanın Bakıdakı səfiri cənab Əşrəf Adəm erməni vəhşiliyinin nəticəsində geriyə sadəcə və sadəcə divarları qalan Zəngilan Məscidində namaz qılıb.

    Belə ki, beynəlxalq mətbuata açıqlama verən Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyev işğal dövründə Ağdam, Cəbrayıl və digər bölgələrimizdə bir dənə də olsun salamat bina qalmadığının və bu gün də diplomatik korpus nümayəndələrinin bunun canlı şahidi olduğunu bildirib.
    Hikmət Hacıyev, səfirlərin belə bir dağındılarla qarşılaşacaqlarını düşünmədiklərini vurğulayaraq söhbət etdiyimiz səfirlər belə bir dağıntının niyə baş verdiyini anlamırlar deyə qeyd elədi.

    Əslində, bu torpaqları işğal edən ermənilər buradan hər hansı xoş məqsəd üçün istifadə edə bilərdilər, amma onlar necə istifadə etməyi belə bacarmadılar. Ancaq dağıntılara məruz qoymaqla, vandalizm aktları törətməklə məşğul olaraq öz vəhşiliklərini dünyanın gözü önünə sərmiş oldular. Əlbəttəki, beynəlxalq ictimaiyyət ermənilərin törətdikləri bu vəhşiliyi öz gözləri ilə görməlidir.

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR