Sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev ürəktutmadan vəfat edib.
Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib.
1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini - nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.
Allah rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.