AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Moskva Ermənistanda ordunun yenidən qurulmasına dəstək verir"

  • + A
  • - A
  • 24-02-2021, 22:06

    “İndiki bu gedişlər, sadəcə Ermənistanın bir növ əhval ruhiyyəsini düzəltməyə hesablanmış addımlardır”.






    Rusiya Ermənistan ordusunun yenidən qurulmasına dəstək verir.
    Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Yerevanda jurnalistlərə məlumat verib.
    Onun sözlərinə görə hazırda Rusiya ilə Ermənistan arasında müxtəlif istiqamətlərdə təmaslar davam edir.
    Bu barədə Politoloq Ülkər Piriyevanın açıqlaması.



    Politoloq Ülkər Piriyeva

    Demək son günlərin açıqlamalarına baxsaq, bu məsələ ilə bağlı bildirmək olar ki, istər Rusiya tərəfinin, istər Ermənistan tərəfinin hərbi sahədə əməkdaşlığın gücləndirilməsi yönündə hər iki tərəf bu və ya digər formada müxtəlif açıqlamalarla, bəyanatlarla çıxış edirlər. Əvvəlcə onu xatırlayaq ki, bir neçə gün bundan əvvəl Ermənistanın müdafiə naziri Baqarşak Arutunyan Ermənistanda Gümrüdə olan 102 nömrəli hərbi bazanın imkanlarının genişləndirilməsi, daha geniş potensialından faydalanmaqla bağlı bu məsələlərdə maraqlı olduqlarını bildiriblər.

    Rusiya tərəfinin açıqlamaları isə onu göstərir ki, Moskva Ermənistanda ordunun yenidən qurulmasına dəstək verir. Bütün bunlar başa düşüləndir, çünki Rusiyanın Ermənistandakı maraqları yeni maraqlar deyil, uzun illər, onilliklərdir davam edən burdakı hərbi siyasi maraqlardan söhbət gedir. Rəsmi Moskva da heç vaxt bunu gizlətməyib.

    Amma 2020-ci ildə Qarabağda, Cənubi Qafqazda baş verən hadisələr onu göstərdi ki, Ermənistandakı siyasi hakimiyyətlərin vaxtında bu və ya digər formada, korrupsianer rejim tərəfindən ermənistan ordusu demək olar ki, faktiki olaraq sözdə bir ordu formalaşıb. Zabit heyəti, peşəkar bir ordu, müasir silahlarla, texnikalarla təchiz edilən müasir, peşəkar bir ordudan söhbət getmir artıq.
    Yəni reallıq onu göstərdi ki, Ermənistan ordusunda bütün bu sadalanan faktların heç biri yoxdur. Çünki 44 günlük müharibə ərzində, Ali Baş Komandanın öndərliyində Müzəffər Azərbaycan ordusu çox sürətli şəkildə düşmənin müdafiə xətlərini yara bildi və azad edilən ərazilərin coğrafiyasına biz baxanda, bütün bu uğurlar hamısı 44 gün ərzində baş tutdu.

    Və Ermənistanın bu biabırçı məğlubiyyəti, geri çəkilməkləri, dizlərini yerə qoymaqları onların hərbi sahədə kifayət qədər güclərinin olmadığını göstərdi. Eyni zamanda, ermənistan hakimiyyəti baş nazir Paşinyan bir neçə dəfə açıqlamalar verib ki, Rusiyadan aldıqları silahlar işə yaramadı, yəni effektiv formada onların köməyinə çatmadı. Bu da başa düşüləndir. Çünki Paşinyanın Rusiya ilə münasibətləri o qədər də isti deyil, son illərin xronologiyasına nəzər salsaq, Rusiya əleyhinə müxtəlif fikirlərin formalaşması, addımların atılması təbii ki, Paşinyan hökumətində adi hala çevrilib, bu cür yanaşmalar.

    Elə eyni zamanda, artıq Ermənistan özü də, Rusiyadan bu gün tam qopa bilməsə də, artıq özləri üçün Hindistandan, digər hərbi bazarlardan özləri üçün yeni-yeni hərbi məhsullar axtarışına çıxıblar. Başa düşürlər ki, onlar artıq bir deyil, bir neçə mənbədən özlərinin silah-sursat ehtiyaclarını qarşılamalıdırlar, ordunu bu vasitələrlə təmin etməlidirlər.
    Faktiki olaraq, ermənistan ordusu Rusiyanın hərbi sənayesinə çox bağlıdır və bunların birdən-birə yenilənməsi, digər bir ölkədən alacaqları silah-sursatla yenilənməsi bu bir xeyli vaxt alacaq. Çünki Ermənistanın iqtisadi və maaliyyə imkanları resursları buna əl vermir. Amma onu da biz nəzərə almalıyıq ki, Rusiya son ana qədər öz müttəfiqinin yanında qalması üçün bütün vasitələrdən istifadə edəcək. Təbii ki, bu hərbi əməkdaşlıq sadəcə hərbi məhsulların satışı deyil, bu hərbi əməkdaşlıq istər istəməz, siyasi məsələlərdə yaxınlaşmalara, siyasi asılılığa, hərbi asılılığa gətirib çıxaran amillərdir. Bunu da Rusiyada çox yaxşı başa düşürlər.
    Politoloq Ülkər Piriyeva - "Moskva Ermənistanda ordunun yenidən qurulmasına dəstək verir"
    Və Ermənistanın mövcud durumunda bir tərəfində Azərbaycan, bir tərəfində Türkiyə və digər tərəfində İranla olan müsəlman coğrafiyası ilə əhatələnmiş Ermənistanda hələ də belə düşünürlər ki, onların yeganə dostu Rusiyadır. Və şimal ölkəsi olan Rusiyanın bunlarla əlaqələri yüksək səviyyədə olmalıdır. Bu əməkdaşlıq davam edəcək təbii ki. Hərbi sahədə olan əməkdaşlıqları davam edəcək. Ermənistan ordusu ola bilsin ki, daha müasir silahlarla təchiz edilsin, daha yaxşı müasir silahlar verilsin, Rusiya tərəfindən. Amma bu da bir reallıqdır ki, Ermənistan ictimaiyyəti artıq çox yaxşı başa düşür ki, 44günlük müharibədə onların məğlub olmasının əsas səbəblərindən biri də, Rusiyanın onlara köməklik göstərməməsi idi.

    Buna görə də, hesab eləmək olar ki, yaxın perspektiv olmasa da, uzaq perspektivdə Ermənistan üzünü tamamilə Avropa istiqamətinə çevirəcək. Çünki yoxsul bir ölkənin mövcud reallıqları qəbul eləməkdən başqa bir çıxış yolu yoxdur. Bu reallıq da ondan ibarətdir ki, Ermənistan hər nə qədər yüz milyonlarla dollarlıq vəsaitini öz hərbi sənayesinə yönəltsə də bundan belə, əvvəlki mövqeyini, əvvəlki üstünlüyünü heç vaxt bərpa edə bilməyəcək. Çünki əvvəlki dövrdə, mövcud vəziyyət elə gətirmişdi ki, onlar hazıqlıqlı bir formada bu proseslərə başlamışdılar və Azərbaycanın torpaqlarını işğal elədilər. Və bu bir anda baş verən proses deyildi. O dövrün bir yaranmış vəziyyətindən sui istifadə edərək SSSR-nin hərbi-siyasi rejiminin dəstəyini də alaraq bu əməllərini də həyata keçirdilər. Amma indi mövcud reallıqlar tam fərqlidir.

    Ermənistan dediyim kimi, nə qədər istəsədə belə, əvvəlki gücünə qayıda bilməyəcəkdir. Buna görə də onlar da başa düşəcəklər ki, yoxsul bir ölkənin o qədər də böyük olmayan gəlirlərinin sadəcə bir istiqamətə, hərbi sahəyə yönəltmək onlar üçün yaxşı bir gələcək vəd eləmir. Bu mənada, hərbi sahədəki bu əməkdaşlıq, bu yaxınlaşma, yaxın aylarda böyük bir intensivlik müşahidə edilsə də, müzakirələrdə, hər hansı bir müqavilənin imzalanmasında amma uzunmüddətdə böyük bir gələcəyi olmayan bir sahəyə çevriləcək.

    Çünki Ermənistan Türkiyə tərəfinin də açıqlamalarına baxsaq belə görsənir ki, Türkiyə Ermənistan, eyni zamanda Ermənistan Azərbaycan münasibətlərinin normallaşması yaxın illər ərzində mümkündür. Bu da regionda yeni bir vəziyyət yaradır.

    Eyni zamanda, Naxçıvan kolidorunun açılmağı Mehri kolidorunun açılmağı Ermənistanın da bu nəqliyyat qovşağına qoşulmağı, iqtisadi maraqların hərbi maraqlardan üstün olacağı bir dövrün başlayacağından xəbər verir.

    “İndiki bu gedişlər, sadəcə Ermənistanın bir növ əhval ruhiyyəsini düzəltməyə hesablanmış addımlardır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR