AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əkbər QOŞALI yazır: Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!

  • + A
  • - A
  • 26-02-2021, 15:07

    Əkbər QOŞALI yazır: Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!
    Bugün Xocalı soyqırımının 29-cu ildönümüdür. Artıq təqvimimizdə 8 noyabr 2020-ci il – Zəfər Günü var və soyqırım qurbanlarının ruhunun şad olması üçün öz əziz canını göz qırpmadan fəda edən qəhrəman oğullarımızı da minnətdarlıq və dərin ehtiramla anırıq!

    Bütün şəhidlərimizin cənnətdə, nur içində yatması, yaralı qazilərimizin şəfa tapması, itkinlərimizinsə tezliklə tapılması üçün Tanrıya duaçıyıq.Dualarımız, istəklərimiz, təmənnalarımız haqqa söykənir. Bu il Xocalı soyqırımının ildönümünü ilk dəfə olaraq “Qisasını alacağıq!” nidasından “Qisasınızı aldıq!” nidasına keçid edərək qeyd edirik. Biz Xocalıya ədalət istəyirik. Bizim istəyimiz nə dini, nə beynəlxalq hüquq, nə milli ənənələr baxımından – ümumən heç bir əməli fəaliyyət sahəsi və ya fəlsəfi kateqoriya üzrə təzad təşkil etmir və ona görə də qəbul görəcəyinə inanırıq! Necə ki BMT-nin məlum Qətnamələrini, xalqımızın istək və arzularını Azərbaycan Dəmir Yumruğu ilə - dövlət-xalq birliyi hesabına həll etdik, Xocalı sakinlərinin Xocalıya dönüşünü, öz ocaqlarını qalayacağını və Xocalı qatillərinin ədalət məhkəməsi qarşısında cavab verəcəyi günü də görəcəyik! Fəaliyyətin, mübarizənin forması dəyişə bilər, ancaq məzmun dəyişməyib: biz öz tarixi haqlarımızı, suveren milli hüquqlarımızı cəm edərək, Xocalıya ədalət istəyirik və buna nail olacağıq! Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı
    soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.Xocalıq soyqırımı zamanı şəhid olan Milli Qəhrəmanlarımız Ələsgər Novruzov, Əlif Hacıyev, Allahverdi Bağırov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmovu, bütün şəhid hərbçilərimizi, mülki şəhidlərimizi, soyqırımın bütün qurbanlarını bir daha ehtiramla anırıq!

    Unutmadıq, unutmayacağıq!
    Dövlətimiz zaval görməsin!
    26 fevral 2021-ci il.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR