AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistandakı proseslərdə “Rusiya izi”: “Kənardan müdaxilə...” - GƏLİŞMƏ

  • + A
  • - A
  • 1-03-2021, 09:17


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistandakı olaylara münasibət bildirib. O , qeyd edib ki, Ermənistanda hərbçilərin çevrilişə cəhd etməsi qəbuledilməzdir:
    “Biz hər cür çevrilişə qarşıyıq. Xüsusilə hərbi çevrilişləri qəbul etməyimiz mümkün deyil. Bir idarəçilik dəyişikliyinə gediləcəksə, bunu Ermənistan xalqı etməlidir”.
    Politoloq Əhəd Məmmədli qardaş ölkənin İrəvandakı hadisələrə baxışını “Sherg.az”a dəyərləndirib. Analitik vurğulayıb ki, Türkiyə və Rusiya Ermənistanda baş verənlərdə bir-birinin əleyhinə çıxış etdi:

    “Türkiyə hərbi qiyamın əleyhinə olduğunu açıqladı. Rusiya İrəvandakı hadisələrin daxili məsələ olduğunu bildirdi. Amma başqa ölkələrdə, məsələn postsovet məkanında belə hallar olanda Rusiya analoji mövqe bildirmirdi. İndi isə özü kənardan Ermənistanda yaşananlara müxadilə edir. Paşinyan ayaqda qala bildi, xalqı meydana çağırdı. Baş verənlərdə Türkiyənin mövqeyinin daha doğru olduğu üzə çıxdı. Düzdür, ola bilsin ki, Rusiyanın Paşinyanı devrimək məqsədi yoxdur. Sadəcə Paşinyana xəbərdarlıq edildi. Lakin bu olanlar perpektivdə Ermənistanda cərəyan edəcək proseslərə təsir göstərəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR