...Məni bu çəmən seyrinə
gülün yaraşığı çəkdi!
...sarının saman sarısı
ağ gülün işığı çəkdi!
...yaxasız- yaxalı...dartdı!
...ya üzü, ya xalı dartdı!
Birisi yuxarı dartdı,
birisi aşağı çəkdi!
...dünyanın nə gül dərdinə!
...gülməzə nə gül dərdi, nə?
...nə ağla, nə gül, dərdinə—
nə çəkdi aşığı çəkdi!
*
...anamız Yer yumru— yupyumrucadı,
qütbdən yanaqları batıqdı bir az.
...qütb də Qüdsdü, qüsulsuz, eynən
qütbün cazibəsi artıqdı bir az.
Eh, qütbün qəsbi də cazibədardı...
Qüdsi tərifləmək qütbə qəsd deyil.
... padşahı sevənlər padşahpərəstdi,
qəsbkar qütbçüdü, qütbpərəst deyil.
...qütb ayılarına hikkəli qibtəm!
Haqq bilən hikmətlə mən də razıyam.
.. eh qütb ulduzları...Göyçədəki tək!
Göyçədən çox uzaq qütb ulduzuyam...
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.