AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Masallıda seçicilərlə görüşdü

  • + A
  • - A
  • 3-03-2021, 22:17


    Bu gün Masallı rayonu 70 saylı Seçki Dairəsinin deputatı Məşhur Məmmədov, Masallı rayon Yeni Azərbaycan Partiyasının sədri Seyfəddin Əliyev və Masallı RİH Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovanın iştirakı ilə pandemiya qaydalarına əməl olunmaqla seçicilərlə görüş keçirildi.

    Azadmedia.az xəbər verir ki, görüş zamanı millət vəkili seçicilərinə ölkədə gedən proseslər, cənab Prezidentin ölkə və yerli media mənsubları ilə keçirdiyi, dünyada izlənilən mətbuat konfransı barədə danışdı, bu mövzu ətrafında seçiciləri ilə geniş fikir mübadiləsi apardı. Seçicilər arasında əsgər və hərbçi ailələri də vardı.

    Onlar cənab Prezidentin imzaladığı ordudan tərxis olunma xəbərini sevinclə qarşıladıqlarını, bunun üçün Ali Baş Komandana sonsuz təşəkkürlərini bildirdilər. Hərbçi ailələri də öz növbələrində cəbhə bölgəsində xidmət edən doğmalarının maaşlarının artırılması xəbərindən məmnunluq ifadə etdilər, millət vəkili vasitəsilə əlaqədar orqanlara təşəkkürlərini çatdırdılar.

    Millət vəkili Məşhur Məmmədov cənub zonasında qızların təhsil almasını xüsusi diqqətdə saxlayır, ali təhsil alanların qayğıları ilə maraqlanır. Bu dəfə də valideynlər tələbə övladları barədə məlumat verdi, onlara göstərilən diqqətə görə deputatlarına sonsuz minnətdarlıqlarını bildirdilər. Görüşdə sosial problemlərlə gələn seçicilər dinlənildi, problemlərin həlli üçün müvafiq tapşırıqlar verildi.

    Hər kəs görüşdən razı qaldı, təşkilatçılara təşəkkürlərini bldirdilər. Bundan sonra da seçicilərlə görüşlərin mütəmadi olması planlaşdırıldı.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR