AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Cənubi Qafqazda sülhün,təhlükəsizliyin,sabitliyin və iqtisadi inkişafın qarantı!

  • + A
  • - A
  • 6-03-2021, 16:24


    26 fevral 2021 ci il tarixdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkımizin Cənubi Qafqaz regionunda geosiyasi,geoiqtisadi və beynəlxalq səviyyədə logistik layihələr sahəsindəki rolundan,region və dünya dövlətlərinin Azərbaycan dövlətinə tərəfdaş,müttəfiq kimi inamından və bu imicin Azərbaycanı bölgədə liderlik zirvəsinə yüksəltməsindən ətraflı
    danışmışdır.

    Ölkəmizin bu statusu qazanması üçün keçdiyi siyasi-iqtisadi-tarixi yol Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiliyi,dönməzliyi və daimiliyi konsepsiyasına əsaslanır.

    Postsovet məkanında 90-cı illərin əvvəlində müstəqilliyini elan etmiş gənc respublikaların suverenliyi və inkişaf perspektivli hələ şübhə altında idi.Bəzi mütəxəssislərin nəzərində isə Ermənistanın timsalında bir sıra dövlətlərin müstəqil dövlətçiliyinin baş tutmadığı bildirilir.

    Müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizə hərbi təcavüzü,ölkə daxili qrupların respublikanı "xanlıqlara" parçalamaq niyyəti,hakimiyyət davaları,iqtisadi böhran müstəqilliyimizin,dövlətçiyimizin itirilməsi həddinə çatdırmışdır.

    Lakin Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi təhdid edən amillər bir-bir aradan qaldırıldı,ölkənin təhlükəsizlik və iqtisadi baxımından güclənməsinin əsasları qoyuldu.

    1994-cu ilin mayında Ermənistanla imzalanmış atəşkəs müqaviləsi,həmin ilin sentyabrında Azərbaycan Dövlət Neft şirkətilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq_Günəşli yataqlarının birgə istifadə edilməsi barədə "Əsrin kontraktı" Azərbaycan respublikasının suverenliyinin,milli təhlükəsizliyinin və davamlı inkişafına ciddi zəmin yaratdı.

    Ölkədə əldə olunan siyasi sabitlik,bütün sahələrdə icra edilən proqram xarakterli islahatlar Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı,ölkəmizi beynəlxalq şirkətlər üçün investisaya yatırımı məqsədilə etibarlı dövlətə çevirdi.

    1996-cı ildə istifadıyə verilən Bakı-Novorosiysk,1999-cu ildə Bakı-Supsa,daha sonra Bakı-Tiflis-Ceyhan neft ixrac kəmərləri Türkiya və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyində xüsusi rol oynayır.

    1999-cu ildə Xəzər dənizində kəşf edilən və 2006-cı ildə Şahdəniz 1 layihəsi çərçivəsində ilk qaz hasil edilən Şahdəniz yatağı Azərbaycan,Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı qazla təhciz edir.Şahdəniz-2 Azərbaycan qazının Avropa və Türkiyəyə çatdırılmasını nəzərdə tutan nəhəng layihədir.

    Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə, bu sahədən daxil olan gəlirlərin həcminin durmadan artmasına geniş imkan yaratmış,ölkəmizi beynəlxalq logistika mərkəzinə çevirmişdir.

    "İpək Yolu",Bakı-Tbilisi-Qars dəmir yolu,Bakı beynəlxalq dəniz limanı,ölkə ərazisində tikilən 7 hava limanı(onlardan 6-sı beynəlxalq statusludur) və logistika sahəsində icra edilən digər layihələr ölkəmizin iqtisadi potensilını artırmaqla yanaşı ölkəmizdə turizm sektorunun da inkişafına böyük təkan vermişdir.

    Qeyd etdiyim kimi,əsası Ulu Öndər tərəfindən qoyulmuş bu uğurlu geosiyasi və geoiqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla inkişaf etdirir. Son 17 ildə həyata keçirilən layihələr Azərbaycanı yeni bir təkamül xəttinə çıxarıb. Artıq ölkə Cənubi Qafqazın geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika mərkəzi kimi qəbul edilir. Bu, çox ciddi tarixi irəliləyiş, nailiyyətdir. Çünki hazırda dünya miqyasında və regionda geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir və hətta böyük dövlətlər mövcud mövqelərini saxlamaq üçün ciddi mübarizə aparırlar. Azərbaycan isə bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir.

    Cənab Prezidentin son illər geosiyasi aspektdə apardığı məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan bölgədə təhlükəsizlik,hərbi-siyasi baxımından ən etibarlı tərəfdaşa çevrilmişdir.Ölkə rəhbəri tərəfindən aparılan balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Ermənistandan fərqli olaraq forpost ölkə deyil,tərəfdaş və bəzi hallarda dünya miqyaslı geopolitik məsələlərin inisiatoru rolunu oynayır.

    Bölgədə Azərbaycanın imzası olmadan hər-hansı bir layihənin icra edilməsinin mümkünsüzlüyü hətta super gücə malik dövlətlər tərəfindən tam analşılır.Təsadüfi deyil ki,Rusiya-NATO görüşləri üçün ev sahibliyi,Qoşulmama hərəkatına 2019-2022 ci illərdə sədrlik Azərbaycan dövlətinə həvalə edilmişdir.

    Bunu təsdiq edən faktlar sırasında dünyanın böyük dövlətlərinin regional təhlükəsizlikdə və əməkdaşlıqda Azərbaycanı əsas tərəfdaş kimi seçməsi möhkəm yer tutur. Rusiya rəhbərliyi dəfələrlə bu barədə bəyanatlar verib və konkret addımları ilə də onu təsdiq edirlər. Müxtəlif təsirlərə baxmayaraq, Moskva Bakı ilə əlaqələrə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində böyük önəm verilən məsələ olaraq yanaşdığını açıq bildirir.

    Azərbaycanın İranla təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma içərisində olduğu məlumdur. Tehran Azərbaycanın geosiyasi maraqlarını nəzərə alır və təhlükəsizliyin təminində ortaq hərəkət etməkdədir. Türkiyə qardaş dövlət kimi zatən Azərbaycanın təhlükəsizliyi üçün əlindən gələni edir.

    ABŞ rəhbərliyinin bəyanatları onu göstərir ki, Vaşinqton Azərbaycanda sabitlik və inkişafın olmasında maraqlıdır. Eyni qayda ilə Avropa İttifaqının böyük dövlətlərinin hamısı Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin edilməsində maraqlı olduqlarını bildiriblər. Deməli, bütün böyük güclər faktiki olaraq Azərbaycanın Cənubi Qafqazın geosiyasi mərkəzi olduğunu qəbul edirlər.

    44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər,30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı,regionda yeni geosiyasi,geoiqtisadi və logistik imkanlar yaratmışdır.Cənab Prezident Ermənistan dövlətinin və rəhbərliyinin 10 noyabr bəyanatına sadiqlik göstərəcəyi təqdirdə bütün region dövlətlərinin inkişafı,bölgədə sabitliyin və sülhün davamlı olacağını vurğulamışdır.

    Dünya miqyaslı politoloqların,media vasitələrinin apardığı təhlillər və proqnozları,bölgədə Azərbaycan dövlətinin tarixi Zəfəri ilə yaranmış yeni geosiyasi və iqtisadi vəziyyət və ölkə Prezidentinin "Nəyin,Nə Vaxt və Necə edəcəyinin" 44 günlük müharibənin nəticələri timsalında yaratdığı əminlik,bizə Azərbaycanımızın yaxın gələcəkdə dünya səviyyəsində daha böyük imkanlar və təsirə malik ölkə olacağına inanmağa əsas verir.

    Rəşad Şükürov
    Göyçay RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR