AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq nazirin həbsi təsdiqləndi - Rəsmi

  • + A
  • - A
  • 9-03-2021, 12:46

    Vaxtında profilaktik tədbirlər görülmüş diabet xəstələrində COVID-19 xəstəliyi normal keçir, əks təqdirdə isə ciddi fəsadlar yarana bilər.

    Bu barədə Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi məlumat verib.

    O bildirib ki, şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır:

    “Tez-tez verilən suallardan biri şəkər xəstələrinin COVID-19-u necə keçirməsidir. Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi də normal keçir. Lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələrində virus daha ağır fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir. Bu səbəbdən şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR