AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Partlayışda xəsarət alan aktyor xəstəxanadan evə buraxıldı

  • + A
  • - A
  • 12-03-2021, 09:07



    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman müalicə aldığı xəstəxanadan evə buraxılıb.

    Bu barədə teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmova feysbukda məlumat verib.

    Onun sözlərinə görə, C.Telmanın səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından o, qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək.

    Xatırladaq ki, bir neçə həftə əvvəl mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan aktyor 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR