AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Mənəm haqdan qanadlanan..." -Paşa Talıblı

  • + A
  • - A
  • 18-03-2021, 12:30



    Çox uzun nağıldı ağlım kəsənlər...
    Ağlımı kəsdirdim...çox uzunuydu!
    ...mən şerə gələndə sözün vaxtıydı,
    onda biz tərəfdə söz ozanıydı.

    ...hecanın, misranın tutumu vardı,
    onda nə azıydı, nə çoxuydu söz.
    ...mən şerə gələndə sözün vaxtıydı,
    qibleyi-aləmiydi padşahıydı söz.

    ...onda sözü əl-əl gəzdirirdilər,
    sözün yeri qızıl taxtıydı onda.
    ...mən şerə gələndə sözün vaxtıydı,
    təzə doğulduğum vaxtıydı onda.

    *
    Mənəm haqdan qanadlanan...
    ...sultan mənəm, qazi mənəm!
    Mənəm haqqın dəlisi də...
    Haqqım itsə asi mənəm!

    ...göy dərin, bulud aladı!
    ...dərdsizlik də bir bəladı!
    Halım əliyül-əladı,
    düyünü mən, yası mənəm!

    Eh...baxta bax, baxta - sudu!
    Suya düşüb taxta - sudu...
    Alnım yazı taxtasıdı,
    üstündəki yazı mənəm!

    ...öz başım, öz əlim olsun
    bilim...oldu, bilim...olsun!
    Gərəkdirsə ölüm olsun,
    ölməyə də razı mənəm!

    *
    ...sarı - sarı yarpaq olur,
    yaşıl - yaşıl tağ olur ey!
    ...bağa baxarsan bağ olur,
    baxmazsan da dağ olur ey!

    ...ötənin, keçənin üstə,
    "nə cür" ün "necə" nin üstə,
    gün doğur gecənin üstə,
    qaranlıqlar ağ olur ey!

    Gərək dağı yarıb aşam...
    Qəm qəsrində yeri başam!
    ...yerit qəmi, yerit, Paşam,
    yeridikcə sağalır ey!

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR