Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
AzadMedia.az xəbər verir ki, 15 saylı cəzaçəkmə müəssisəsində 18 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.
Daha 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.
Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.