AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Ermənistandakı seçkilərin 10 Noyabr Üçtərəfli sazişə heç bir təsiri ola bilməz"

  • + A
  • - A
  • 24-03-2021, 11:30


    Politoloq Ülkər Piriyeva

    "Ermənistandakı seçkilərin 10 Noyabr Üçtərəfli sazişə heç bir təsiri ola bilməz"


    "Cənab prezidentin Ailəsi ilə birlikdə tez-tez Qarabağa səfərləri, “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyinin “Qarabağımızı” qısa müddətdə bərpa edəcəyimizin xəbərçisidir"..


    Ermənistanı erkən seçkilərə məcbur etmək kimi hallar yaşandı doğru… Məsələn baş qərərgah rəsinin istefaya getməsi qərarına prezident tərəfindən veto qoyulması kimi.
    Belə ki, Prezident Sarkisyan, Gasparyanın istefası üçün son tarixin bitməsinə 10 saat qalmış müxalifətin tərəfində durdu. İşdən çıxarılma fərmanını imzalamayan Sarkisyan Baş nazir Paşinyana “Milli maraqları nəzərə alaraq Baş Qərargahda kadr dəyişikliyini qəbul etmirəm” qeydini geri göndərdi. Beləliklə, üç gün əvvəl Ermənistanda ordu ilə Baş nazir arasında yaranan memorandum böhranı, ölkəni Paşinyan üçün itirildiyi qəti hesab edilən erkən seçkilərə sövq etməyə başladı.

    Ancaq əsl məsələ gələk..
    Paşinyan bu bəyanatı öz adına yox, dövləti adına imzaladı. O imzanı atanlar ordakı deyil iqtidar dəyişikliyi, dünyalarını dəyişsələr belə o bəyanat qüvvədə qalacaq hər zaman.
    Amma diqqət etmək lazım, burada bir Rus oyunu varmı..
    Məlum, Rusiya Paşinyanı istəmir. Rusiya özünə yaxın birini gətirmək istəyir hakimiyyətə. O anda bir şey olamasa belə Rusiya bunu mütləq tətbiq edəcəkdir. Lakin hər zamankı kimi Rusiyanın planlarını uzunmüddətli zamana yayaraq həyata keçirmə siyasəti var. Yəni, keçən ay məsələn – “Paşinyanı Rusiya belə hakimiyyətdən sala bilmədi”- deyə sözlər gəzirdi ortada. Ancaq bir şey dəqiqdir, Paşinyanı hakimiyyətdən salmaq Rusiya üçün çox da çətin bir məslə deyil. Lakin Rusiya heçvaxt Beynəlxalq hüquq çərçivəsindən kənarda hərəkət etməz. O səbəbdən planlarını hər zaman, zamana yayar. Rusiya məlumdur ki, seçim üçün özünə yaxın olanı dəstəkləyəcəkdir. Paşinyan da, Rusiyanın onu istəmədiyini bilir.
    Bəli, belə bir halda, bir tərəfdən sual yaranır. Paşinyan qorxmurmu seçimə getməkdən? – Əlbəttə ki, qorxur. Lakin digər tərəfdən, unutmaq olmaz ki, Paşinyan diaspora tərəfdən yaxşı dəstək alır, eləcə də, qərb dəstəkləyir, beləliklə dəstək verənlər onun hakimiyyətdə qalması üçün işləyirlər. Bununla bağlı da onlar beynəlxalq hüquq çərçivəsində bişeylər etməlidirlər. Geriyə hər iki tərəf üçün tək “demokratik yol” seçimə getmək qalır. Ancaq Paşinyan uduzsa belə, ona dəstək davam edəcəkdir.

    Ancaq bir ehtimal kimi, Paşinyan uduzarsa, onun imzası keçərli deyil deyə Rusiya plan hazırlayaraq öz gətirə biləcəyi adamla bağlı yeni bir bəyanat hazırlayarmı- bunu hazırda, bilə bilmərik. Yaşayıb görmək lazım. Ancaq hazırda, belə bir şey yoxdur. Lakin Rusiya siyasətini geniş zamana yaydığı üçün..

    Lakin tam sualınıza gələcək olarsaq, 10 Noyabr Bəyanatı hər şəkildə davam edəcəkdir. Paşinyan istefa da etsə, parlament özünü buraxsa da belə, bəyanatdakı maddələr tətbiq edilməyə davam edəcəkdir. Dəyişən bir şey olmayacaqdır. Belə ki, diqqət etsək, görərik ki, Rusiya son ana qədər gözlədi, əslində Rusiya istəsəydi, Ermənistana elə ikinci , üçüncü günü müdaxilə edə bilərdi, lakin son ana qədər Rusiya gözlədi ki, Paşinyan yaxşıca küncə sıxışsın deyə. Çünkü bilirdi ki, sonunda yenə də Rusiyadan imdad istəyəcək. O səbəbdən Rusiyanın qabağında Ermənistan dayana bilməz. Maddələr tətbiq ediləcəkdir və edilir də. Bəli, digər tərəfdən Paşinyan seçkini qazana da bilər. Ancaq qazansa da belə, Rusiyanın təzyiqi üzərində davam edəcəkdir. Yəni, daha dəqiq baxsaq, Paşinyanlıq ortada bir şey yoxdur. O, hakimiyyətdə qalsa da, getsə də, maddələr yerində qalır və tətbiq ediləcəkdir. Yəni, qısacası Ermənistan seçkiyə görə, 3 ay boyunca ertələsə nə olar, ertələməsə nə olar.

    Bir də, bir reallıq var - Azərbaycan həm siyasət meydanında, həm də döyüş meydanında “Tarixi Zəfər” çaldı! Ölkəmiz güclü siyasi lideri, Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin öndərliyində qalib gəldi! Cənab Prezident İlham Əliyev, Ermənistanı dünyanın gözü önündə “Dəmir Yumruq”la diz çökdürdü. Biz qalib gəldik.

    Beləliklə, bizim üçün önəmli olan - önümüzdəki, 5 il. Çünkü 9 maddədən ibarət olan 10noyabr Atəşkəs razılaşması var. Bundan sonra elə addımlar atılmalıdır ki, 5 illik müddətdən sonra bölgədəki hər şey Azərbaycanın xeyrinə olsun. Çox-çox əhəmiyyətli bir dövrdəyik.
    Razılaşmadan əvvəl Rusiya sülhməramlıları Qarabağda müvcud idilər? Yox. Razılaşmanın 4-cü maddəsində deyilir: “Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin səlahiyyət müddəti 5 ildir və tərəflərdən heç biri bu müddəanın bitməsindən 6 ay əvvəl bildirmədikdə, növbəti 5 ilə qədər avtomatik olaraq uzanacaqdır.” Yəni, Azərbaycan və ya Ermənistan və ya heç biri 4 ildən sonra “bölgədə Rusiya gücünü istəmirəm” deməsə, müqavilə daha 5 il uzadılacaq.

    Başqa bir məsələ, bölgədəki bu 5 illik müddət Ermənistanda kin-küdurəti artıra bilərmi. Onsuz da düşmənlərə görə düşmənçiliyi nə qədər artıra biləcəklər? Məlum. Bu çox vacib bir məsələ, ermənilər bu 5 illik atəşkəs müddətini özləri üçün yeni bir strategiya müəyyənləşdirmək və bunu həyata keçirmək yolunda vaxt qazanmaq üçün istifadə edə bilərlərmi. Bunu müharibə zamanı imzalanan atəşkəslərə riayət etmədikləri zamanlarda da onsuzda göstərdilər. Bərdə, Gəncə, Mingəçevirdə törətdikləri terrorlar..
    Ola bilər, hərbi hücum edə bilməzlər, lakin yan tərəfimizdə illərlə bizə faciələr yaşadan bir düşmənin olduğunu siyasi olaraq hər zaman ağlımızda turmaq önəmli.

    Digər tərəfdən, Cənab Prezidentimiz İlham Əliyev - bölgənin sülhü üçün gərginliyə son qoyub buranı yenidən qurmağın nə qədər vacib olduğunu vurğuladı. Başqa sözlə, həm Rusiyanı, həm də Ermənistanı razılaşmaya sadiq qalmağa çağırdı. Beləliklə, Azərbaycan dövlətinin, ölkə başçısının siyasi mövqeyi olduqca doğru bir addım idi.. İkinci Qarabağ müharibəsini Zəfər ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Zəfər məhz, Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.

    Hər birimizə məlumdur ki, Şanlı Zəfərimizdən sonra Cənab Prezidentimiz İlham Əliyev tərəfindən iişğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Mükəmməl addım, çünki Ulu Öndərimizin də vaxtilə, qeyd etdiyi kimi, “Yol inkişaf deməkdir” və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğaldan azad olunmuş ərazilərimizdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması oldu. Sözsüz ki, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

    Cənab prezidentin Ailəsi ilə birlikdə tez-tez Qarabağa səfərləri,
    Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, Fizulidə beynəlxalq hava limanı, Qarabağın qalxınması istiqamətində görüləcək işlərlə bağlı Qarabağ Dirçəliş Fondunun açılması da onun təzahürüdür ki, biz “Qarabağımızı” da qısa müddətdə bərpa edəcəyik..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR