AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

10 noyabr bəyanatından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmir - XİN

  • + A
  • - A
  • 23-03-2021, 14:15



    "Qarşıdurmanın bitməsini ehtiva edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər".

    Azadmedia.az-ın məlumatına görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarına cavabında əksini tapıb.

    Qeyd olunub ki, sözügedən üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir deyillər və hesab edilə bilməzlər: "Saxlanılanlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılanlarla beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır. Bir daha vurğulayırıq ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb", - deyə bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR