Politoloq Ülkər Piriyeva – Azadmedia.az-a açıqlamasında - “Rusiya Ermənistanı minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdə razı salmalıdır” - deyə qeyd edib.
Bildiyimiz kimi Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Ermənistan bununla yeni müharibənin başlamasına səbəb olmurmu?
Bəli olur. Ancaq bu qısa müddətdə baş verməz. Ermənistanda istər əhalinin, istərsə də orduda vəziyyətin iqtisadi, siyasi və hərbi baxımdan nə qədər pis olduğu göz qabağındadır. Hal-hazırda bunu reallaşdırmaq üçün gücləri yoxdur. Ancaq rusların da erməniləri dəstəklədiyini düşüncəsi ilə yola çıxarsaq, bəlkə də gələcəkdə 20, 30 il sonra bu planlarını həyata keçirmək üçün strategiyalar hazırladıqları və bu mövzuda çalışdıqları heç də sürpriz olmaz. Bundan əlavə, onların sadəcə özlərini inandırdıqları Qarabağ düşüncələrindən əsla əl çəkməyəcəklərinə görə buna qarşı hər an hazır olmaq lazımdır.
Təəssüf ki, bölgədəki minalar səbəbindən bir çox hərbi və mülki vətəndaşımızın şəhid və yaralı olaraq zərər gördüyünü bilirik. Cənab Ali Baş Komandanımız başda olmaqla, Azərbaycan Baş Prokurorluğu və əlaqədar qurumlar vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilər minalardan tamamilə təmizlənənə qədər girməmələri barədə dəfələrlə xəbərdar ediblər. Bu barədə kifayət qədər məlumatlıyıq.
Bəs, niyə Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir?
Qeyd edim ki, bunda bir rus əlinin olduğunu düşünməmək əldə deyil. Öz nəzarəti altında saxlamaq üçün yalnız bilinən böhran sahələrində çalışmır, Rusiya yeni böhran zonaları yaratmaq və oradakı gərginliyi müharibəyə aparmaq siyasəti də izləyə bilər kimi ehtimallar da nəzərə alınmalıdır.
Ancaq bugünkü perspektivdən baxsaq, güclü siyasi Liderimiz, güclü Ordumuz var, iqtisadi, siyasi cəhətdən kimsədən asılı deyilik, yəni bu ehtimallar bu qısa müddətdə baş verməz.
Bilirik ki, Rusiya heç vaxt qısa vədəyə hesaplamır heç nəyi, uzunmüddətli strategiya və planlar qurur.
Sözsüz ki, bunu düşünməmək əldə deyil, əgər ruslar həqiqətən bölgədə barışıq istəsəydilər, bu mürəkkəb mühitə gəlməzdən əvvəl də masada imza atarkən ermənilərdən bunu etmələrini və başa çatdırmalarını istəyərdilər. Ermənilər də arxalarında rusların olduğunu bildiyindən önümüzdəki illərdə belə xülyalarından əl çəkməyəcəkləri görünür. Onların düşüncələri boş xülyadır, ancaq belə şəkildə hərəkət etməyə davam edərlərsə, onlar bu xəyallardan heç vaxt vaz keçməyəcəklər.
Digər tərəfdən, bu da sual altında qalır, bu qədər Azərbaycan mülki və hərbi vətəndaşı bölgədə yaralandı, zərər gördü, xəsarət adı, bəs bölgədə olan rus əsgərlərindən və ya onların nəzarəti altında olan neçə erməni zərər gördü?
Belə bir halda, ağla gələn ilk sual budur: O zaman görəsən, minalanmış ərazilərlə bağlı xəritənin bir nüsxəsi də ruslardadırmı?
Niyə yalnız və ya əksər hallarda, Azərbaycan vətəndaşları zərər görür? Ancaq fikrimcə, əllərində olmasa da belə, ruslar bölgədə qalıcı olmaq istədikləri üçün xəritənin ermənilərin əlində olması bəlkə də, onların marağındadır.
Lakin, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Cənab Prezidendimiz ötən günlərdə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı da, bu fikri açıq-aydın ifadə elədi ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib. 30 ildir beynəlxalq təşkilatların həll etmədən masada saxladıqları problemləri Azərbaycan özü həll etdi. Qardaş Türkiyə də hər zaman bizi dəstəklədi.
Ancaq, görürük ki, Ermənistan tərəfi öz mənfur niyyətlərindən əl çəkmək niyyətləri yoxdur. Ermənistan tərəfi bizi aldatmağa çalışmağın lazım olmadığını artıq başa düşməlidir, təəssüf ki, belə demək mümkündürsə, biz yenə onlardan bu cür mənfi halları görürük. Reallıq budur ki, onlar sözdə bir cür danışır, əməldə başqa cür hərəkət edirlər. Cənab Prezidentin də vurğuladığı kimi, belə etmək lazım deyil, indi artıq o vaxt deyil. Ermənistanda artıq dörd aydır sular durulmur. Siyasi, sosial, iqtisadi vəziyyət hər sahədə gərgindir. Onlar səmimi və düzgün olmalıdır, çünkü səmimi olmaq vacibdir, əgər nə barədəsə razılığa gəliriksə, onu yerinə yetirməlidirlər, əgər bunu edə bilmirlərsə, açıq şəkildə qeyd etməlidirlər.
Eyni zamanda, nəzərə alınmalıdır ki, rusların rolu böyükdür bu məsələdə, bununla yanaşı, biz rus sülhməramlıları üçün süni problemlər yaratmırıq. Onlara heç bir problem yaratmadığımız kimi, düşünürəm ki, Ermənistan hər nə qədər bu fikirdən imtina etməyə çalışsa da, Rusiya Ermənistanı minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdə razı salmalıdır.