AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fizuli, Cəbrayıl, Qubadlı, Şuşa döyüşlərinin iştirakçısı, qəhrəman əsgər - Hacıyev Əbdül Xəqani oğlu" - Reportaj

  • + A
  • - A
  • 26-03-2021, 08:15


    Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın bugünki müsahibi - Fizuli, Cəbrayıl, Qubadlı, Şuşa döyüşlərinin iştirakçısı, hazırda, Laçında xidmət edən daha bir qəhrəman əsgər - Hacıyev Əbdül Xəqani oğludur.

    Ali baş komandanımız Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, milli-mənlik şüuru ilə paralel aparılmalıdır. Biz bunu Vətən Müharibəsi dövründə - 44 günlük Şanlı Tariximizin yazıldığı zaman, həm də vətəpərvər gənclərimizdən ibarət Müzəfərrəz Ordumuzun qəhrəmanlıq tariximizi öz mərdliyi və şücaəti ilə yazdığı günlərdə gördük.

    Vətən ! -
    Tariximiz.
    Ənənəmiz..
    Azadlığımızdır...


    Bugünki qəhrəmanımız, Fizuli, Cəbrayıl, Qubadlı Şuşa döyüşlərinin iştirakçısı, bugün də, Laçında xidmət edən daha bir qəhrəman əsgər - Hacıyev Əbdül Xəqani oğludur.



    13 aprel 2001-ci il Bərdə doğumlu Hacıyev Əbdül Xəqani oğlu Fizuli, Cəbrayıl, Qubadlı Şuşa döyüşlərinin iştirakçısı, elə bugün də, Laçında layiqincə xidmət edən daha bir qəhrəman əsgərimizdir.

    Hacıyev Əbdül, əslən Bərdənin Xəlisi kəndindən olub, elə Xəlisi kəndində 9 illik orta məktəbi bitirdikdən sonra təhsilini Bərdə Peşə Liseyində davam etdirib. Daha sonra, 2019-cu ilin iyul ayında Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi hissəyə hərbi xidmətə yollanıb.

    Elə hərbi xidmət dövrü davam etdiyi dövrdə II Qarabağ müharibəsi başlamış və Vətən müharibəsinə yollanmışdır.
    Müharibədə yaxından iştirak edən Hacıyev Əbdül, Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa şəhərində döyüşlərdə mərdliklə vuruşub. Xüsusilə qeyd edim ki, o, Qubadlı rayonu və Şuşa şəhərində ön cəbhədə döyüşüb.




    Əbdülün qəhrəmanlığı bununla da bitmir. O ön cəbhədə qəhrəmancasına döyüşməklə bərabər, mənfur düşmənin 3-dən çox tankını yararsız hala salıb.

    Özü eyni zamanda, Tank Əleyhinə İdarəolunan Raket bölüyünün əsgəri olub.
    Döyüşlərdə ön cəbhədə mərdliklə vuruşub, elə döyüşlər bittikdən bir həftə sonra Laçına qayıdıb. Hazırda, Laçında postda xidmət edir.


    Cənab Prezidentimiz daim qeyd etdiyi və reallaşdırdığı kimi, düşməni doğma Qarabağ torpaqlarımızdan qovacağıq, qovduq da!
    Bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır!
    Çünki cənab Prezidentimiz ata vəsiyyətini yerinə yetirdi. Şuşanı - Qarabağı azad elədi. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Qüdrətli Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Var olsun cənab Ali Baş Komandan! Var olsun Müzəffər Azərbaycan Ordusu!

    Allah rəhmət eləsin, əziz şəhidlərimizə..

    Bu gün biz Müzəffər Ordumuzun qəhrəman əsgəri, Hacıyev Əbdül Xəqani kimi oğulların simasında bir daha bütün dünyaya sübut etdik ki, biz böyük və qüdrətli xalqıq, biz məğrur xalqıq, biz yenilməz xalqıq. Biz döyüş meydanında düşmənə rəşadətli Ordumuzun gücü – “Dəmir Yumruq”la yerini göstərən xalqıq. 44 günlük Zəfər tariximizin yazıldığı Vətən müharibəsi zamanı Cənab Ali Baş Komandan dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdi, Və qeyd etmişdi ki, bu yumruq elə belə yumruq deyil, bu, məhz, Dəmir Yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzəcəyik, əzdik də.



    Elə Hacıyev Əbdül Xəqani oğlu kimi oğullarımızın şücaəti ilə..

    Dəmir yumruq eyni zamanda, milli birliyimizin, həmrəyliyimizin rəmzi idi. Həmin ərəfədə xalqımız bir yumruq kimi ölkə rəhbərinin ətrafında birləşdi. Əminliklə deyə bilərik ki, bu birlik hər zaman belə, əbədi və sarsılmaz olacaq. Xalq-Rəhbər və Ordu birliyi, bütün dünyaya gücümüzü, həmrəyliyimizi sübut elədi.

    17 il ərzində Azərbaycan xalqına ləyaqətlə, sədaqətlə xidmət edən cənab Ali Baş Komandanımız, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirərək, xalqına verdiyi sözün üzərində durdu, ata vəsiyyətini ən yüksək şəkildə reallaşdırdı və bu məhz onun siyasi iradəsinin, güclü diplomatiyasının və onun öndərliyində olan Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə bu şanlı Qələbə tarixi reallaşdırıldı və bütün dünya tarixinə xalq olaraq şərəfli Zəfər tariximizi yazmış olduq.



    Qəhrəman Azərbaycan əsgəri Hacıyev Əbdül Xəqani oğlunun simasında igid oğullarımız əsl igidlik, mərdlik, şücaət, əsl rəşadət nümunəsi göstərdi, dünyaya. Düşmən tərəfin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddət ərzində darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi müasir və bu gün, dünyada analoqu olmayan savaş strategiyası müasir hərb tarixinə yeni bir nümunə oldu. Təbii ki, belə bir şəraitdə düşmən ya öz ordusunun son nəfərinədək məhv ediləcəkdi, ya da ağ bayraq qaldırıb, rüsvayçı hərbi məğlubiyyətini bütün dünya qarşısında etiraf edəcəkdi. Və əlbəttə ki, çarəsiz və biabırçı Paşinyan hakimiyyəti-Ermənistan ağ bayraq qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
    Nəhayət, 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik eləmək kimi qürur verici bir hiss də, xalq olaraq bizim alnımıza yazılmışdı..

    Ən başlıcası, cənab Ali Baş Komandanımızın öndərliyi ilə bu Şanlı Qələbəni bizə yaşadan Hacıyev Əbdül Xəqani oğlunun simasında bütün igid oğullarımıza minnəttarıq..
    Qazilərimizə Allahdan şəfa diləyir, Şəhidlərimizin ruhu qarşısında da isə baş əyirik..!



    Bu Zəfər Tarixini Azərbaycan və dünya tarix səhifəsinə yazan, 30 illik həsrəti və nisgili sona yetirən əsl qəhrəman Hacıyev Əbdül Xəqani oğlu kimi oğullarımızın sayı minlərlədir.. Onlar Qarabağ torpaqlarında 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları ilə Azərbaycan xalqının ürəyində əbədi olaraq iz saldılar.

    10 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür. Bu Şanlı tariximizə daxil olan Zəfər günüdür. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə Qarabağ Azərbaycandır! deyə nida işarəsi qoyduğu gündür. Bu şanlı tarixin yazılmasında Hacıyev Əbdül Xəqani oğlu da öz igidliyi ilə yadda qalan oğullarımızdandır.



    Birmənalı olaraq, bu Şanlı qələbəni bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz və onun Hacıyev Əbdül kimi rəşadətli əsgər və zabitlərimizdir.

    Yaşasın Müzəffər Ali Baş Komandan!
    Yaşasın Rəşadətli Azərbaycan Ordusu!

    Allah Şəhidlərimizə rəhmıt eləsin!

    Bəli.. 10 noyabr 2020-ci il doğma Qarabağımıza qovuşduğumuz tarix..






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR