AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədəbiyyat və zaman qarşılaşması...

  • + A
  • - A
  • 28-03-2021, 12:59


    Mənə görə yazıçının əsəri zaman keçdikcə mövzu aktuallığını itirib arxiv sənədinə çevrildisə bu da bir uğursuzluqdur. Belə deyək, məsələn, Qarabağ mövzusunda (Qarabağı əks etdirən detallar üzərində!) görün nə qədər əsərlər yazılmışdı və bu gün onların taleyi sadəcə arxivə bağlandı.
    Məsələn, Çexovun həm də ən böyük uğuru onda idi ki, mətnlərindəki mövzular bu gün də öz aktuallığını qorumaq gücündədir.Çünki ümumbəşəri ideyalar, bəşəri problemlər, üzərində bəşəri cizgilərlə əks olunub.

    Azərbaycan yazıçısı (əksəriyyət) hələ də qəbul edə bilmir ki, onun hər hansısa bir faciəsi milli faciə kimi vətəndaş olaraq onundu, yaradıcı şəxs olaraq yox (Bunlar çox incə və həssas məsələlərdi). Bəzən bizdə vətəndaşlıq hisləri yaradıcılıq təfəkkürünü işğal edir.
    Ola bilər sən hansısa bir faciəni mətnə gətirəsən. Amma o faciəni ilk olaraq bəşəriləşdirməlisən.Yəni öz xalqının faciəsi kimi yox, həyatın, təbiətin və sonunda insan faktorunun faciəsinə çevirib bəşəri detallarla, ştrixlərlə əks etdirməlisən. Bu zaman artıq o mətndə faciənin ünvanı Qarabağ yox, həyat olur.Bu zaman o faciə Qarabağda yox, həyatda baş verir.Onu törədən erməni, fars, ərəb yox insan olur.
    Sən yaradıcı şəxssənsə sənin üçün insan faktoru və o mərtəbədəki ümumbəşəri mövzular aktual olmalıdır (və ya sən ümmumbəşəriləşdirməlisən). Bunu zaman özü ədəbiyyata dəfələrlə sübut edib (hələ də edir).

    Mən fikirlərimi tək Qarabağ mövzusunun üzərində qurdum. Digər prizmadan yanaşıb bir misal da çəkə bilərəm.
    Məsələn, çağdaş dövrümüzdə Ramiz Qusarçaylının yazdığı "Azərbaycan bayrağı" şeiri "Şuşada sən qonduğun daşa pir deyəcəyəm" misrası ilə bu gün öz dövrünü başa vurmadımı? Əlbəttə, vurdu.(Mən hələ o şeirin bədii tərəfindən yox, müəllifin nə dərəcədə mövzuya yanaşmasından danışıram) Demək, şeirdə bayraq söz olaraq işlənilib mövzu olaraq yox.Yəni bayrağın mahiyyəti mövzuya çevrilməyib. Əgər (bəşəriliklə) çevrilsəydi zaman o şeiri məğlub etməzdi. O şeir isə sadəcə hamının gördüyü Azərbaycan xəritəsi və xəritədə baş verənlərdir...
    Yekun olaraq onu deyim ki, Vətən, millət və bunların yaşadıqları yaradıcı şəxsin bədii təfəkküründən emal olunmadan mətnə köçdüsə orada ədəbiyyat yox, sadəcə tarixi xronoloji təsvir yaranır.

    Emil Rasimoğlu
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Prezident təqaüdçüsü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR