AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehriban Əliyeva: “31 martda törədilmiş vəhşilik bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir” - FOTO

  • + A
  • - A
  • 31-03-2021, 13:15

    Mehriban Əliyeva: “31 martda törədilmiş vəhşilik bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir” - FOTO


    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR