AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Saxta tarix həqiqətləri inkar edə bilməz

  • + A
  • - A
  • 1-04-2021, 13:43

    Deputat: Saxta tarix həqiqətləri inkar edə bilməz

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Çoxəsrlik tarixə malik olan Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan faciələrimizdən, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlığın erməni yalanlarının miqyasının genişlənməsinə yol açmasından geniş bəhs edərək bildirib ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür: “Təbliğat o zaman güclü və ictimai fikrə təsir imkanları geniş olur ki, tarixi faktlara əsaslanır. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün əsrlərdən bəri məkrli ssenarilər üzərində çalışan, dəhşətli soyqırımılara imza atan ermənilər havadarlarının dəstəyi ilə çirkin niyyətlərinə nail olsalar da, beynəlxalq hüququn öz sözünü deyəcəyi günün uzaqda olmadığını dərk etməmiş deyildilər. Tarixi faktlar da sübut edir ki, Azərbaycan ərazilərinə sonradan köçürülmüş ermənilər dünyanın iri dövlətlərinin maraqlarının həyata keçirilməsində vasitə kimi istifadə olunublar.”

    Ə.Salahzadə vurğulayıb ki, tarixin hansı dövrünü, səhifəsini vərəqləsək orada ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınların, sayı minlərlə ölçülən terror qurbanlarının, günahsız insanların acı taleyi barədə məlumata rast gəlmək olar: “1988-ci ildə ermənilərin əsassız torpaq iddiası nəticəsində baş qaldıran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ilə yaxın dövrdə Azərbaycanın ədalətli mövqeyinin, haqq işinin müdafiəsi istiqamətində atılan addımlar ermənilərin törətdikləri soyqırımların bütün dünyada tanıdılmasına geniş imkanlar açdı. Ulu öndər Heydər Əliyev daim bu çağırışı etmişdir ki, gənclər tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi bilməli və onların təbliğində fəal iştirak etməlidirlər. Son 17 ildə Ümummili Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır” tezisi də tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Müzəffər Ali Baş Komandan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən vətənpərvərlik hissinin böyüklüyünü, torpaq sevgisini önə çəkərək bu fikri böyük qürur hissi ilə vurğulayır ki, müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı son 17 ildə yetişən gənclər yerinə yetiriblər.”

    “Məqsədimiz iki yüz ildən artıq müddətdə erməni millətçilərinin apardıqları mənfur siyasətin bütün dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam və soyqırımıların ümumi mənzərəsinin tam, bütün dəhşətləri ilə açıqlanmasına nail olmaqdır” söyləyən millət vəkili qeyd edib ki, Ermənistan cinayət əməllərinə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq: “Tarix göstərdi ki, bir cinayət cəzasız qalanda digər cinayətə zəmin yaranır. Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar 30 ilə yaxın müddətdə Ermənistana sanksiyalar tətbiq etmək imkanında olmalarına baxmayaraq, susmaqla hansı problemlərə yol açdıqlarının fərqində idilər. Ermənistan son illərdə bu dəstəkdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planını hazırladığını açıq-aşkar büruzə verirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarından əvvəl BMT Baş Assambleyasının yubiley tədbirindəki nitqində işğalçı dövlətin bu planını dünyaya çatdırmışdır. Dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların susmaları, seyrçi mövqeləri Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına da geniş yol açmışdır. Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sərsəm bəyanatı açıq-aşkar münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünə işarə idi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, rəşadətli Ordumuzun gücünü işğalçı Ermənistana və ona dəstək göstərən dövlətlərə nümayiş etdirməklə yanaşı, tarixi saxtalaşdırmaqla nəyəsə nail olmağın mümkünsüzlüyünü də açıqladı.”

    Ə.Salahzadə vurğulayıb ki, azərbaycanlıların soyqırımının 103-cü ildönümünü torpaqlarımızın tarixi sahibinə qayıtması sevincini, şanlı Zəfərimizi yaşadığımız bir dövrdə qeyd edirik: “Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Daim bu səhifələri vərəqləməli, tarixin ayrı-ayrı dövrlərində baş verən faciələrimizi unutmamalı, ən əsası dünənimizə baxış fonunda gələcəyə inamla irəlilədiyimiz üçün qürur duymalıyıq. Əbəs yerə deyilmir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalq tarixin bütün sınaqlarından daim şərəflə çıxır, davamlı uğurları ilə diqqət mərkəzində olur. Azərbaycan xalqı bu nümunəni də dünyaya təqdim etdi. 44 günlük Vətən müharibəsi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib Lider, Azərbaycan xalqını məğrur, yenilməz xalq, Azərbaycan Ordusunu dünyanın ən güclü, peşəkar ordusu kimi yazdı.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR