İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
Aksiya zamanı etirazçılarla polis arasında qarşıdurmalar da baş verib. İrəvanın Respublika meydanında yerləşən hökumət binası qarşısına gələn etirazçılar polis kordonunu yararaq binaya daxil olmağa cəhd göstəriblər. Ancaq polis onların qarşısını ala bilib.
Bundan sonra etirazçı qadınlar polis və hökumət binası istiqamətində yumurta atmağa başlayıblar. Polis bəzi etirazçıları saxlayıb.
Hazırda polislə etirazçılar arasında qarşıdurmanın davam etdiyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.