AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lukaşenko Azərbaycana səfərə gəlib - FOTO

  • + A
  • - A
  • 13-04-2021, 19:10

    Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gəlib.

    “BelTa”nın verdiyi xəbərə görə, Belarus dövlət başçısının təyyarəsi artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında prezident Lukaşenkonu Azərbaycan və Belarus rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.

    Qarşılanma mərasimindən sonra dövlət başçısı onun üçün ayrılmış avtomobilə əyləşərək, Prezident İlham Əliyevlə görüşə yollanıb.

    Qeyd edək ki, Belarus prezidentinin səfəri iki gün çəkəcək. 








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR