AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdəki azərbaycanlı jurnalistlər Xocalıya görə toplaşır

  • + A
  • - A
  • 16-04-2021, 13:57


    Sabah xarici ölkələrdə yaşayan azərbaycanlı jurnalistlər qarşıdan gələn Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Online toplantı keçirəcəklər.

    Bu, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlı jurnalistlərin onlayn formatda ilk Birlik görüşüdür.

    Görüşdə ölkədən kənarda söz demək imkanı olan jurnalist həmvətənlərimizin bu soyqırımı aktının dünyada tanıdılması istiqamətində fikir və təcrübələri, yaşadıqları ölkələrdəki mövcud durum öyrəniləcək və atılmalı zəruri addımlar müəyyənləşdiriləcək.

    Əsas məqsəd isə 2022-ci ilin fevralın 26-a qədər xarici ölkələrə Xocalı Soyqırımını olduğu kimi çatdırmaqdır.

    Tədbir təşkilatçılarının Modern.az-a verdiyi məlumata görə, ölkədən kənarda yaşayan bütün azərbaycanlı jurnalistlər görüşə dəvətlidir və bu toplantıda iştirak edə bilərlər.

    Qeyd edək ki, görüş bu ilin 17 aprel tarixində, Bakı vaxtilə saat 18:00-da keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR