AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misirdə olan dəmiryol qəzasının təxribat olduğu düşünülür

  • + A
  • - A
  • 20-04-2021, 10:29

    Misirdə olan dəmiryol qəzasının təxribat olduğu düşünülür
    Misir Prezidenti Əbdül Fəttah Əl-Sissi aprelin 18-də Qahirənin şimalında 11 nəfərin ölümü və 100-ə yaxın insanın yaralanması ilə nəticələnən qatar qəzasının səbəblərini araşdırmaq üçün komissiya təyin etdiyini bildirib.

    Qəzanın kiminsə dəmir yoludan metal parçasını çıxarıb taxta parçası ilə əvəz edildiyi üçün "təxribat" olduğu deyilir.

    Misirin nəqliyyat naziri Kamil Əl-Vəzirin qatar qəzasının baş verdiyi dəmir yolu şəbəkəsində həvəskar videoda görününtüləri nümayış etdirilib. O, kiminsə qatarda təxribat törətmək üçün dəmir yolundakı metal relsi dəyişdirdiyi taxta parçasını aşkar etdiyini deyib.

    Vəzir Ərəb mediasına rəsmi olaraq istefa verdiyini və yerinə daha təcrübəli birinin təyin edilməsində problem olmadığını, lakin dəmir yolu şəbəkəsindəki problemin hələ də davam edəcəyini deyib.

    Misirdə nazirlər məsuliyyət daşıdığı ciddi qəzalardan sonra istefa verməlidir. Lakin hökuməti dəstəkləyən bir çox misirli sosial şəbəkələrdə Vəzirin vəzifəsində qalmalı olduğunu bildirir.

    Misir mediası qəzanın baş verdiyi təxminən 200 metrlik zədələnmiş yolu təmir edən mühəndisləri və avadanlığı nümayiş etdirib.

    Nəqliyyat nazirinin görüntüləri olan videonu yenidən tvit edən Misir Prezidenti Əbdül Fəttah Əl-Sissi bir ayın içərisində üçüncü dəfə baş verən qatar qəzasının səbəblərini araşdırmaq üçün rəsmi komissiya yaradıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR