AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azconnexus” peyk internet platformasını istifadəyə verildi

  • + A
  • - A
  • 20-04-2021, 13:54


    AzadMedia.az xəbər verir ki, “Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

    “Azərkosmos”dan Trend-ə verilən məlumata görə, “Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli interent xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən yararlanmağa imkan verəcək.

    “Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

    “Azconnexus” platformasının xidmətlərindən hökumət, müdafiə və təhlükəsizlik sahəsi, fövqəladə və təbii hadisələrin aradan qaldırılması zamanı, mədənçilik, dənizçilik, turizm, iaşə obyektləri və digər biznes və sənaye müəssisələrinin iş prosesində istifadə oluna bilər.

    “Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.

    “Azconnexus” haqqında daha ətraflı azercosmos.az saytından tanış ola bilərsiniz.

    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR