AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil müəllimi vəzifəsi üzrə vakansiya elan edir

  • + A
  • - A
  • 20-04-2021, 14:31


    Azadmedia.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

    Belə ki, UNEC-də ingilis dili müəlliməsi vəzifəsində çalışmaq istəyənlər CV-lərini və təsdiqedici sənədləri 17 may 2021-ci il tarixinə qədər cv@unec.edu.az ünvanına göndərə bilərlər.

    Müraciət edənlər üçün əsas tələb ixtisas üzrə magistr dərəcəsi, beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 7 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 95) sertifkatının olmasıdır.

    Qeyd edək ki, Pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, eləcə də ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları üzrə bilik və bacarıqları olan namizədlərə üstünlük veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR