Bakıda mart ayında torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
Belə ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Bakıda torpaq bazarında orta qiymət 20719 manat/sot olub.
Onun sözlərinə görə, qiymətlərdə 4,42 faiz bahalaşma qeydə alınıb.
Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.