Bakıda yeni mənzillər bahalaşıb
2018-ci ilin noyabr ayında Bakıda yeni mənzillərin qiymətində bahalaşma, köhnə mənzillərin qiymətində isə ucuzlaşma qeydə alınıb.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.94 faiz olub və 1 kvadrat metrin qiyməti orta hesabla 1260 manat təşkil edib.