AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngəzurun ermənilərə verilməsində Amerika planı

  • + A
  • - A
  • 21-04-2021, 00:29


    Zaur Əliyev,
    Dosent


    Azərbaycanın sirrləri

    Cənab Prezidentin bugünki çıxışında Zəngəzur barədə sərt mövqeyi hüquqi və tarixi faktlara əsaslanır. Prezident bu çıxışında Zəngəzurun ermənilərə verilməsini əsaslı surətdə sübut edir və oranın yenidən Azərbaycana qaytarılmasının strategiyasını faktlarla izah edir. Ali baş komandan bu çıxışı ilə vaxtilə itirilmiş torpaqların Azərbaycana geri qaytarılacağı anonsunu verdi..
    Zəngəzurun ermənilərə verilməsinin memarı Amerika Birləşmiş Ştatatları, Azərbaycan Cümhuriyyətinin qurucularını aldatan isə Amerika ordusunun polkovniki, Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini polkovnik Ceyms Rey idi.
    Qısa desək Zəngəzurun və hətta Naxçıvanın ermənilərə verilməsi planı Amerikanın istəyi və planı idi, bu planın reallaşması və həyata keçməsi üçün təlimat alaraq bura göndərilən Ceyms Rey idi. İndi daha ətraflı..
    Zəngəzurun 1919-cu ildə Ermənilərə verilməsini göstərən, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının stenoqramasının surəti və müqavilənin üz qabığını sizlərə təqdim edirəm. Bu sənədi uzun zamandır axtarırdım və nəhayət Amerika Konqres kitabxanasına yazdığımın cavabı gəldi. Sənədin tam surətini mənə elektron formada göndərdilər. Demək Ermənistanla Azərbaycan arasında bağlanan bu sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N. Yusifbəyli və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar.
    Bu sazişin imzalanmasına aparan yol 1919-cu il yanvarın 25-də Azərbaycan hökuməti mühüm bir qərarı idi: "Şuşa, Cəvanşir, Cəbrayıl və Zəngəzur qəzaları Gəncə quberniyasının tərkibindən
    çıxarılaraq həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunun yaradılsın.."
    Şuşa şəhəri general-qubernatorluğun mərkəzi seçildi. Azərbaycanın birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənilərin narahat olduğunu, Zəngəzurun Azərbaycan Cümhuriyyəti tərkibində qalmasına qarşı çıxan Amerika dərhal üç tərəfli görüş keçirilib, "sülh" sazişinin imzalanması tapşırığını Ceyms Reyə verir. Bu tapşırıq gələnə qədər Azərbaycan Cümhuriyyəti ordusu Zəngəzuru tamam ermənilərdən təmizləmək üzrə idi. Xosrov bəy Sultanov, Sultan bəy Sultanovun başçılığı ilə ordu erməniləri geri qovmaqda davam edirdi. Müharibədə ermənilər geri çəkilməsi, məğlub olması Amerikanı çox narahat edirdi. Buna görə də
    amerikalı polkovnikin inadı və məkirli planı ilə iki tərəfli Sazişi imzalamaqla Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər.
    Müqavilənin 3-cü bəndinə belə bir bəndin “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır”- olması Ceyms Reyin əl qolunu açırdı və ona geniş səlahiyyət verirdi.
    Buna görə də Azərbaycan Cümhuriyyəti ordusu regionda sülhün bərqar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı olur. Azərbaycan cümhuriyyəti Amerikalı polkovnikə, yəni Amerikaya güvəndiyi üçün, qan tökülməsinin qarşısının alınması üçün bu addımı atmalı olur. Amerikanın planının ikinci mərhələsi bundan sonra işə düşür, Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərinə ermənilər hücum edərək dağıdıb kütləvi qırğınlar törədib, Girətag və onun ətraf kəndlərini, Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çaykənd və İtdil kəndlərini ələ keçirib Azərbaycanlıları ordan qovurlar. Bu hücumlar 1920-cı ilə qədər davam edir və o ilin yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərinin işğalını başa çatdırmışdı.
    Erməni qüvvələrinin böyük hərbi üstünlüyü qarşısında Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş bir qaçqın axını başlandı. Zəngəzurdab qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə təxminən 50 min nəfər sığınmaq məcburiyyətində qaldı. Bu basqınlar nəticəsində ümumilikdə 100-dən çox kənd məhv edildi, ümumi ölü sayısı 10 minə çatırdı. Zəngəzur tamamilə azərbaycanlılardan boşadılmağa başladı. Bu hadisəyə qədər 72% azərbaycanlı, 38% isə erməni yaşayan Zəngəzurda Azərbaycanlıların sayı olduqca azaldı. Ermənilər bura köç edərək məskunlaşdılar.

    Bununla bağlı Paris sülh konfransında da Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər. Lakin bu sənədlər və materiallar Amerika Prezidentinə və Antanta üzvü olan dövlət başçılarına təqdim edilmədi. Çünki polkovnik Ceyms Rey ermənilərin maraqlarını müdafiə edirdi..Beləliklə Zəngəzur məsələsi Paris Sülh Konfransında müzakirədən kənarda qaldı.

    Naxçıvan isə Azərbaycanın ərazisi kimi qaldı. . 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə həyata keçirilməsinin qarşısı alındı.
    Bir sözlə Azərbaycan Cümhuriyyətinə qarşı ən böyük düşmən siyasəti keçirən Amerikalılar sadəcə Zəngəzuru ermənilərə verib gedirlər, Naxçıvan və Qarabağ isə Cümhuriyyətin sayəsində Azərbaycan tərkibində qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR