AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransanın xarici işlər naziri Jan İv Le Drian - Aleksey Navalnı ölsə, Rusiya və Prezident Vladimir Putin sanksiyalarla üzləşəcək

  • + A
  • - A
  • 22-04-2021, 21:37

    Fransanın xarici işlər naziri Jan İv Le Drian - Aleksey Navalnı ölsə, Rusiya və Prezident Vladimir Putin sanksiyalarla üzləşəcək

    AzadMedia.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan İv Le Drian deyib ki, müxalifət lideri Aleksey Navalnı ölsə, Rusiya və Prezident Vladimir Putin sanksiyalarla üzləşəcək.

    "Lazımi sanksiyalar tətbiq edəcəyik və bunun məsuliyyəti cənab Putin və Rusiya rəsmilərinin üzərinə düşəcək. Ümid edirəm ki, bu həddə çatmayacağıq" - deyə, Le Drian France-2 televiziyasına müsahibəsində bildirib.

    ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan da CNN Sunday proqramına müsahibəsi zamanı Navalnı ölsə, nəticələrin xoşagəlməz olacağı barədə oxşar sözlər deyib.

    Sinir sistemini iflic edən maddə ilə zəhərlənmədən sonra beş ay Almaniyada müalicə alan Navalnı yanvar ayında Rusiyaya qayıdan kimi həbs edilib. Navalnı zəhərlənməyə görə Rusiya hökumətini günahlandırır. Rusiya rəsmiləri isə bu ittihamı rədd edir.

    Müxalifət lideri və Putini tez-tez tənqid edən şəxsin üç həftə əvvəl aclıq aksiyasına başladığı gündən bəri səhhəti pisləşib.

    Tərəfdarları onun sərbəst buraxılmasını tələbi ilə nümayişlər keçirir.
    Aprelin 21-də Rusiyanın onlarla şəhərində keçirilən nümayişlər zamanı1700-dən çox etirazçı həbs edilib.

    Bu arada ABŞ da Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Geniş əhatəli sanksiyalar ABŞ hökumətinin Rusiya tərəfindən təşkil edildiyini dediyi SolarWinds Corp-un istehsal etdiyi Softvaeyrə təsir göstərməklə,kiber-təhlükəsizliyi pozdmasına cavab mahiyyəti daşıyır. Bu addım hakerlərə minlərlə şirkət və hökumət qurumlarına çıxışını təmin edib.

    Təqribən 30 qurumun qara siyahıya salındığı sanksiyalara görə, Rusiyanın 10 məmuru ABŞ-dan çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR