Rusiya müxalifətinin əsas siması Aleksey Navalnı Rusiyaya qayıdır.
AzadMedia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o yanvarın 17-də Moskvada olacağını bildirib. Aleksey Navalnı prezident Vladimir Putinin ən kəskin tənqidçisi və şəxsi düşməni sayılır.
Aleskey Navalnı Tomsk-Moskva təyyarə reysində zəhərləndikdən sonra müalicə üçün Almaniyaya aparılmışdı. Onun kimyəvi maddə ilə zəhərlənməsi təsdiqlənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.