AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan İlham Əliyevlə telefonla danışdı

  • + A
  • - A
  • 24-04-2021, 22:00

    Ərdoğan İlham Əliyevlə telefonla danışdı


    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefonla danışıb.

    AzadMedia.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

    Telefon söhbətində Türkiyə və Azərbaycan olaraq hansı birgə addımların atıla biləcəyi mövzusunda fikir mübadiləsi aparılıb.

    ***

    Azərbaycan Prezidentinin Mətbuat Xidməti də İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

    Məlumatda bildirilir ki, telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar.

    Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlət başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.

    Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib.

    Dövlət başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

    Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

    Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR