İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşləri komandanın sahibləri amerikalı iş adamları Coel və Avram Qleyzersin Super Liqaya qoşulma barədə qərarına etiraz olaraq aksiya keçiriblər.
AzadMedia.az-ın xarici mətbuata əsasən verdiyi məlumata görə, etiraz aksiyası "Mançester Yunayted"in meydanı "Old Trafford"un qarşısında keçirilib.
Belə ki, məlumata əsasaən, azarkeşlər aksiya zamanı klub rəhbərliyinin qərarına etiraz olaraq ABŞ bayrağını yandırıblar. Həmçinin etirazçılar Qleyzerlər ailəsindən klubdakı hissələri satmağı tələb ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.