AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada azərbaycanlı biznesmenin bazarlarında xüsusi əməliyyat – Video

  • + A
  • - A
  • 28-04-2021, 15:59


    Rusiyanın güc strukturları Rostov vilayətinin Aksay rayonunda təxminən 3,5 min hüquq-mühafizə əməkdaşının iştirakı ilə azərbaycanlı iş adamı Kərim Babayevə məxsus bir neçə bazarın ərazisində xüsusi əməliyyat keçirib.

    Əməliyyat Kərim Babayevin 20 il əvvəl təşkil etdiyi cinayətkar qruplaşmada iştirak etmək, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən və aprelin ortalarında saxlanılan Aksay rayon administrasiyasının rəhbəri Vitali Borzenkonun işi ilə əlaqədardır.

    Əməliyyat çərçivəsində Kərim Babayevə məxsus “Atlant”, “Klassik”, “Almaz” və “Ovoşnoy” bazarlarında ən az 460 qanunsuz miqrant saxlanılıb. Saxlanılanların Əfqanıstan, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları olduğu bildirilir.

    Xüsusi əməliyyat 3,5 minə yaxın polis, FSB və Milli Qvardiya tərəfindən həyata keçirilib.

    Əməliyyat çərçivəsində 15 hektar ərazi mühasirəyə alınıb, bu da Rostov-Donun girişində səkkiz ərazidə tıxaclara səbəb olub.

    Qeyd edək ki, V. Borzenko 1994-cü ildən rayonun rəhbəridir. İstintaqa görə, vəzifəli şəxsin daxil olduğu cinayətkar qrup 2000-ci ildən etibarən fəaliyyət göstərir. Cinayətkarlar Aksay rayonunun yenidən bölüşdürmə fondundan qanunsuz şəkildə əldə etdikəri torpaqlarda qanunsuz bazarlar yaratmaqda ittiham olunur.

    Sözügedən bazarlardan əldə olunan qanunsuz gəlirlərin 219 milyon rubl həcmində olduğu ehtimal olunur.

    Bazarların sahibi Kərim Babayevin isə hazırda axtarışda olduğu bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR