AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir

  • + A
  • - A
  • 26-02-2021, 20:35

    Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir

    Rusiya və Azərbaycan dost ölkələrdir.

    AzadMedia.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Dövlət başçısı bildirib:

    "İşğaldan azad edilən ərazilərin bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə mən artıq bəyanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələrdir. Buna görə təbii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alırıq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni, işin həcmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR