“Valyuta bazarında tarazlıq hökm sürür və tam stabildir”.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən onlayn mətbuat konfransında deyib.
O bildirib ki, yanvarda müəyyən tələbin artması müşahidə edilib: “Son ayların trendləri göstərir ki, tarazlıq bərpa olunub. 140 milyon dollar Dövlət Neft Fondunun satışından qənaət var. Manatın məzənnəsinə hansısa təzyiq yoxdur.
Mərkəzi Bank bazardan valyuta almır. Biz tam liberal bazardayıq. Bu gün bazarda profisit var. Maraqlıyıq ki, bazara çıxarılan valyuta satılsın və xəzinədarlığa daxil olsun”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.