AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elman Rüstəmov Mərkəzi Banka tikiləcək binadan danışdı

  • + A
  • - A
  • 29-01-2021, 15:30

    Elman Rüstəmov Mərkəzi Banka tikiləcək binadan danışdı


    Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimaiyyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib. 

    “Qafqazinfo” xəbər  verir ki, E. Rüstəmov qeyd edib ki, Mərkəzi Bank öz vəsaitləri hesabına tikiləcək: “MB büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyardlıq manat vəsait köçürüb. Cari ildə 250 milyon pul köçürməyi planlaşdırılır. Binanın tikintisi 4-5 il çəkəcək”.

    Qeyd edək ki, Mərkəzi Bank yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə 218 milyon avro dəyərində (təxminən 435 milyon manat) müqavilə imzalayıb. "Tekfen Holdinq" verdiyi açıqlamada layihə inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR