Müşfiqabad Qəsəbə Məscidi camaatı və qəsəbə dindarları xeyirsevərlərin dəstəyi ilə hər aya məxsus ənənəvi ərzaq yardımları paylanmasını həyata keçirib. Belə ki, Müşfiqabad qəsəbəsi və ətrafında yaşayan 95 ailəyə/415 nəfərə Ramazan ayı ərzində ərzaq yardımı göstərilmisdir. Həmçinin xeyirsevərlərin dəstəyi ilə 126 ailəyə (2 kq) Ramazan ət payları verilmişdir.
Bu ailələr əsas etibarilə Qarabağ şəhid ailələri, yetimlər, əlillər və dul ailə başcısı qadınlardır.
Qəsəbə məscidinin imamı Şayiq Əliyev və imam müavini, məscidin azançısı, Vətən müharibəsi iştirakçısı Sadiq Məmmədov Gəncliyə Yardım Fondunun dəstəyi ilə "Ramazan Sovqatı" layihəsi çərçivəsində Qaradağ rayon Müşfiqabad qəsəbəsi və Binəqədi rayon 28 May qəsəbəsindən olan Vətən Müharibəsində canlarını qəhrəmanlıqla fəda etmiş 11 şəhid ailəsini ziyarət etmiş, mənəvi söhbətlər aparmış və qayğıları ilə maraqlanmışlar. Bu ailələrə Ramazan Sovqatı çatdırmışlar.
Məscidin din xadimləri bildirib ki, Ramazan ayının son 10 günündə hər gün 80 nəfərlik iftar üçün hazır yeməklər ehtiyacı olanlara paylanır, bu xeyirxahlıq müqəddəs ayın sonuna qədər davam edəcəkdir.
Sonda Müşfiqabad Qəsəbə Məscidi din xadimləri və dindarları Azərbaycan xalqını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, Allahdan oruclarının qəbul olmasını, əmin-amanlıq arzulayiblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.