Azadmedia.az xəbər verir ki, Türkiyə freqatları Xüms limanından 28 mil uzaqlıqda 97 miqrantı xilas edib.
Belə ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bölgədə fəaliyyət göstərən türk freqatı miqrantları daşıyan qayığın təhlükəli vəziyyətdə olduğunu görüb.
Liviya Sahil Təhlükəsizlik Xidmətinə məlumat verilib və freqatdan havalanan helikopterlər qayığı müşayiət etməyə başlayıb.
Liviya Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları bölgəyə gələrək 97 miqrantı qayıqdan götürüb. Miqrantlar xilas edildikdən sonra qayığın batması böyük faciənin qarşısının alınması kimi qiymətləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.