Gürcüstan Silahlı Qüvvələri, eləcə də dünya silah satışı bazarına daxil olmaq üçün yeni silahlar istehsal etmək niyyətindədir. Bunun üçün Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində Gürcüstan-İsrail birgə müəssisəsi yaradılacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə İsrail şirkətlərinin nümayəndələri arasında əməkdaşlığa dair saziş imzalanıb.
Sənədə əsasən, müasir avadanlıqla təchiz ediləcək birgə müəssisədə “M-4” tipli avtomat silahlar istehsal olunacaq. Gələcəkdə müəssisədə digər silah-sursatın da istehsalı planlaşdırılır.
Gürcüstan, eyni zamanda, pilotsuz uçuş aparatları (PUA) da istehsal etmək niyyətindədir.
Nazir deyib ki, PUA-lar da “Delta” hərbi elmi-texniki mərkəzində istehsal olunacaq.
İlk PUA-ların 2022-ci ildə təqdim ediləcəyi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.