Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bəzi regional idarələri yenidən formalaşdırılacaq.
Qurumdan verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün ANAMA-nın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın regional idarələri yenidən formalaşdırılacaq.
ANAMA bu regional idarələrin tərkibində fəaliyyət göstərəcək həkimlərin (həkim-terapevt, təcili yardım üzrə həkim, həkim-anestezioloq-reanimatoloq, həkim-travmatoloq-ortoped, həkim-ümumi cərrah) işə dəvət olunduğunu da açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.