“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb və çətin bir regionda ümumi maraqlara xidmət edən unikal tərəfdaşlıq platformaları yarada bilib. Bu isə ölkəmizin strateji məsələlərdə rolunu daha da artırır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, artıq uzun illərdir həyata keçirilən enerji layihələri Qərbin enerji təhlükəsizliyi üçün mühüm strateji alternativə çevirilib:
“Buna paralel olaraq yeni nəqliyyat kommunikasiyaları yaradılıb. Böyük İpək Yolunun orta dəhlizi üçün Bakı-Tibilisi-Qars dəmiryolunun timsalında əlverişli və təhlükəsiz nəqliyyat rabitəsini təmin edilib. Cənub Qaz Dəhlizi isə ayrıca bir tarixi hadisə olmaqla XXI əsrin müqaviləsi hesab edilir. Bütün bunlar yalnız enerji sahəsində Azərbaycanın yaratdığı strateji reallıqlardır”.
Deputat deyib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmaq və onlara rəhbərlik etmək təcrübəsində də yeni reallıqlar yaratmağı, təşəbbüskar olmağı bacarıb:
“Ölkəmiz BMT Təhlükəsizlik Şurasının Qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edərkən beynəlxalq hüququn təmin edilməsi, dövlətlərin ərazi bütövlüyünün qorunması, aqressiya və təcavüzün qarşısının alınması kimi mühüm təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının rəhbəri kimi, qlobal pandemiya başlayandan bəri çoxsaylı tədbirlər həyata keçirib. Hətta mövzu ilə bağlı BMT Baş Asammbleyasının xüsusi iclasının keçirilməsinə nail olub. İnkulizivlik, bərabərlik, COVID-19-a qarşı birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atıb. Bundan başqa, ikitərəfli münasibətlərdə ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla nümunəvi tərəfdaşlıq platformaları yaradıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin daima diqqət mərkəzində olması və təqdir edilməsini şərtləndirib. Ona görə də 28 May - Respublika Günü münasibətilə dövlət başçımızın ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların həllində Prezident İlham Əliyevin rolu xüsusilə vurğulanır. Bu isə xalqımız və dövlərimiz adına hər birimizdə qürur yaradır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.