Bu hadisə Ermənistan tərəfindən bizim media nümayəndələrinə qarşı törədilmiş növbəti terror aktıdır.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
Ə.İsmayılov bildirib ki, bu gün iki həmkarımız və bir mülki şəxs minaya düşərək həlak olub:
"Azərbaycan Mediası olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq".
"Həlak olan şəxslərin yaxınlarına başsağlığı verir, Allahdan rəhmət diləyirik!" - deyə, Əhməd İsmayılov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.