AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UNESCO-nun baş direktoru Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ölümünü pisləyib - FOTO

  • + A
  • - A
  • 7-06-2021, 19:44


    UNESCO-nun baş direktoru Odre Azule media nümayəndələri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abıçovun Kəlbəcərdə minaya düşərək həlak olmalarını pisləyib.

    AZƏRTAC xəbər verir ki, UNESCO-nun baş direktoru jurnalistlərin faciəli ölümündən təəssüfləndiyini və dəhşətə gəldiyini bildirib. O qeyd edib ki, jurnalistlər peşə fəaliyyətlərini təhlükəsizlik şəraitində yerinə yetirə bilməlidirlər.

    UNESCO-nun rəsmi internet səhifəsində yerləşdirilən bəyanatda qeyd edilib ki, media nümayəndələri peşə vəzifələrini yerinə yetirmək məqsədilə nəqliyyat vasitəsi ilə səfər edərkən tank əleyhinə minaya düşüblər. Partlayış nəticəsində Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də rayon rəsmisi Arif Əliyev həlak olub. Partlayış nəticəsində daha dörd nəfər isə yaralanıb.

    UNESCO xüsusilə BMT-nin Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Məsələləri üzrə Fəaliyyət Planı çərçivəsində qlobal maarifləndirmə və bir sıra digər tədbirlər vasitəsilə jurnalistlərin təhlükəsizliyini təbliğ edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR