Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və millət vəkili Anar Məmmədov Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, Çernobıl əlillərinin müalicə aldığı mərkəzdə onların müalicələri ilə tanış olublar.
“Möcüzəli Naftalan” sanatoriyasının rəhbərliyi məlumat verərək mərkəzə göndəriş alan və yaxud müraciət edən əlillərə əsasən dərman müalicəsi deyil, reabilitasiya, yəni funksiyanın bərpa edilməsi xidmətləri göstərilir.
Görüş zamanı qazilər müasir tələblər səviyyəsində qurulmuş müalicə mərkəzində səhhətlərində müsbət nəticə qeydə alındığını və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-pezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.